Argentina inflyasiyasında yeni rekord
Argentinada istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 143% artıb. Beləliklə, ölkədə son 30 ildən artıq müddətdə ən yüksək inflyasiya qeydə alınıb.
Marja xəbər verir ki, bu, bazar günü keçiriləcək prezident seçkiləri ərəfəsində iqtisadiyyatın ağır vəziyyətini vurğulayır.
Oktyabrda qiymətlər aylıq müqayisədə (sentyabr ilə) 8,3% artıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların proqnozu ölkədə aylıq inflyasiyanın 9,45 faiz olacağı idi. Oktyabrda illik inflyasiya 142,7 faizə yüksəlib.
Rəsmi məlumata görə, oktyabrda qiymət artımına rabitə, geyim və məişət malları başçılıq edib.
Argentinalılar noyabrın 19-da, iqtisadiyyat naziri Serxio Massa ilə, mərkəzi bankın bağlanmasını və üçrəqəmli qiymət artımının qarşısını almaq üçün iqtisadiyyatı dollarlaşdırmağı təklif edən Xavyer Milei arasında keçirilən səsvermənin ikinci turunda öz yeni prezidentlərini seçəcəklər.
Seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, Argentinanın növbəti lideri üçün ən böyük problem inflyasiya olacaq.
Dekabrın 10-da fəaliyyətə başlayacaq yeni hökumət üçün mühüm mövzulardan biri də valyutanın devalvasiya ehtimalı olacaq.
Argentina Mərkəzi Bankının sorğusuna əsasən, iqtisadçılar illik inflyasiyanın ilin sonuna qədər 185 faizə çatacağını proqnozlaşdırıblar ki, bu da əvvəlki proqnozlarından (180,7 faiz) yüksəkdir. Eyni sorğuya görə, ümumi daxili məhsulun bu il 2 faiz, 2024-cü ildə isə 1,6 faiz azalması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
2 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
2 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
2 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)









