Sarı metalın qiyməti rekorddan sonra sabitləşib
Qızılın qiyməti həftənin əvvəlində rekord səviyyəyə çatdıqdan sonra sabitləşib.
Marja.az xəbər verir ki, sarı metal bazar ertəsi ticarətdə qeyri-adi dərəcədə bahalaşmışdı və qiyməti 2148,78 dollara çatmışdı.
Qırmızı dənizdə ABŞ gəmilərinə hücum Yaxın Şərqdə daha geniş münaqişə ilə bağlı narahatlıqları artırdığı üçün qızıla təhlükəsiz sığınacaq tələbi artıb. Peruda məşhur qızıl mədəninə hücum da qızıl bazarlarında tədarükün pozulması ilə bağlı bəzi qorxuları artırıb.
ABŞ Mərkəzi Bankından (FED) verilən açıqlamalar da mərkəzi bank tərəfindən erkən faiz dərəcələrinin azaldılması gözləntilərini artırıb. Bu faktor da qızıl qiymətlərini dəstəkləyir.
Lakin qızıl rekord səviyyələrə qalxsa da, sonradan düşüb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, qızıl 0,2% bahalaşma ilə 2033 dollar/unsiya qiymətlə ticarət olunub.
Bazarlar ABŞ-da məşğulluq məlumatlarından əvvəl faizlərin azaldılması ehtimalını qiymətləndirir. Treyderlər indi FED-in 49% ehtimalla 2024-cü ilin martına qədər faizlərini azaldacağını gözləyirlər. Bir müddət əvvəl bu ehtimal 60% idi. Ehtimalın azalması dolların bahalaşmasına, qızıl qiymətlərinin düşməsinə səbəb olub.
Artan faiz dərəcələri qızılın ucuzlaşmasına səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Böyük bankdan yeni dollar proqnozu
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir



























