Neft qiymətləri az dəyişib
Çərşənbə axşamı neft qiymətləri OPEC+ tərəfindən könüllü hasilatın azaldılması ilə bağlı qeyri-müəyyənlik, Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-dan zəif iqtisadi məlumatlar fonunda az dəyişib.
Marja xəbər verir ki, Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə saat 10:55-də 1 sent ucuzlaşaraq barreli 78,02 dollara, ABŞ-ın Qərbi Texas neftinin fyuçersləri isə 5 sent düşərək barreli 73,09 dollara geriləyib.
Analitiklər bildirir ki, Səudiyyə Ərəbistanının energetika nazirinin OPEC+ hasilatının azaldılmasının zərurət yaranarsa, 2024-cü ilin birinci rübündən sonra da davam edə biləcəyinə dair şərhləribazara müəyyən dəstək verir.
Treyderlər OPEC+ tərəfindən hasilatın azaldılmasının bazara əhəmiyyətli təsir göstərəcəyindən şübhələnir.
Eyni zamanda Dollar bir qədər bahalaşıb. Güclü dollar adətən nefti digər valyuta sahibləri üçün bahalaşdırır, bu da neftə tələbi azalda bilər.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla, OPEC+ kimi tanınan müttəfiqlər cümə axşamı günü 2024-cü ilin birinci rübü üçün hasilatı gündəlik təxminən 2,2 milyon bare həcmində könüllü şəkildə azaltmağa razılaşıblar.
Bu ixtisarın ən azı 1,3 milyon barreli Səudiyyə Ərəbistanı və Rusiyanın artıq tətbiq etdiyi könüllü məhdudiyyətlərin uzadılması idi.
İsrail-Həmas müharibəsində döyüşlərin bərpası, Qırmızı dənizin cənubundakı beynəlxalq sularda üç ticarət gəmisinə edilən hücumlar tədarük narahatlığını artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Böyük bankdan yeni dollar proqnozu
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir




























