Hindistanın Tata Group şirkəti ölkənin cənubunda iPhone zavodu tikməyi planlaşdırır
Hindistan konqlomeratı Tata Group Hindistanın cənubunda Amerikanın Apple şirkətinin iPhone smartfonlarının yığılması üçün ölkənin ən böyük zavodlarından birini tikməyi planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .
Zavod Tamil Nadunun sənaye şəhəri Hosurda tikiləcək. Planlara görə, 12-18 aydan sonra fəaliyyətə başlamalıdır. İki il ərzində şirkət 20-yə yaxın montaj xətti yaradacaq. Orada 50 min adam işləyəcək.
Hələlik nə Apple, nə də Tata bu məlumatı rəsmi olaraq təsdiqləməyib.
Oktyabrın sonunda Hindistanın Bacarıqların İnkişafı və Sahibkarlıq üzrə Dövlət Naziri Raciv Çandrasekhar elan edib ki, Tata Group konqlomeratı iki il yarım ərzində daxili və qlobal bazarlar üçün iPhone istehsalına başlayacaq. Onun sözlərinə görə, bu, Hindistan konqlomeratının Apple-ın təchizatçılarından birinin - Hindistanın cənubundakı Karnataka əyalətindəki Tayvanın Wistron korporasiyasının zavodunu alması sayəsində mümkün olub.
Beləliklə, Tata Group Hindistan və digər qlobal bazarlar üçün iPhone yığan ilk Hindistan şirkəti olacaq. iPhone 14 artıq Wistron korporasiyasının Karnatakadakı zavodunda yığılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
1 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
1 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
2 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)









