"Pinduoduo" şirkəti "Alibaba"nın "taxtını" ələ keçirdi
Dekabrın ilk həftəsində PDD-nin böyüklüyü 186,39 milyard dollara çatdığı halda, "Alibaba"nın böyüklüyü 183,97 milyard dollar olaraq qalıb.Elektron ticarət nəhəngi "Alibaba"bir vaxtlar Çinin ən böyük şirkəti titulunu rəqibi "Pinduoduo"ya (PDD) uduzub. Bu hadisə göstərir ki, "Alibaba" sərt rəqabətlə üzləşib və dünya miqyasında liderliyini ABŞ-ın "Amazon" şirkətinə uduzduqdan sonra daxili bazarda da gücünü itirib. 2015-ci ildə qurulan PDD-nin əsas səhmdarları "Tencent", "Hillhouse Capital" və "Sequioa Capital China"dır.
Marja.az-ın məlumatına görə, Çinin tənzimləyici qurumları tərəfindən tənqid edilən Cek Manın açıqlamalarından sonra "Alibaba" çətin anlar yaşayır. 2020-ci ilin oktyabr ayından etibarən səhmləri eniş trendində olan şirkət daxili bazarda bazar payının itirilməsinin qarşısını tam ala bilməyib.
"Alibaba"nın Çin bazarında liderliyini itirməsi şirkətin daxili və xarici təzyiqlərlə üzləşdiyini göstərir. PDD-nin sürətli inkişafı və "Alibaba"nı ötməsi e-ticarət sənayesindəki rəqabətin nə qədər dinamik olduğunu ortaya qoyur.
"Alibaba"nın qarşıdakı dövrdə atacağı addımlar və strategiyalar şirkətin rəqabət üstünlüyünü bərpa etmək yolunda mühüm həlledici olacaq.
Dekabrın ilk həftəsində PDD-nin böyüklüyü 186,39 milyard dollara çatdığı halda, "Alibaba"nın böyüklüyü 183,97 milyard dollar olaraq qalıb.
"Pindoudou" adının ingiliscə qarşılığı “birlikdə, daha çox qənaət, daha çox əyləncə” deməkdir. Çin bazarında e-ticarətdə aparıcı şirkətlərdən biridir. Şirkət 2015-ci ildə yaradılıb. 2018-ci ilin iyulunda birjaya çıxmazdan əvvəl təxminən 1,7 milyard dollar maliyyə vəsaiti alıb. Səhmlərinin ilkin kütrləvi təklifindən (İPO) sonra kapital strukturuna ikinci dərəcəli təkliflər və borc alətləri hesabına daha 2,1 milyard dollar vəsait əlavə edib.
"Pindoudou" şirkəti böyük şəhərlərdə deyil, kiçik şəhərlərdə böyüməyi hədəfləmiş və 6 il kimi qısa müddətdə aparıcı e-ticarət platforması olaraq buna nail olmuşdur.
Şirkətin həyata keçirdiyi strategiya məhsulu vasitəçilərə və son istehlakçıya daha sərfəli qiymətlərlə təqdim etməkdir.
PDD-nin əsas rəqibləri "JD.com" və "Alibaba" bazar paylarını itirməkdədirlər. PDD-nin platforma ekosistemini təkmilləşdirməyə yönəlmiş tədqiqat və təkmilləşdirmə səyləri onun gözləniləndən daha yaxşı işləməsinə kömək edib. Aşağı qiymətlər "Pinduoduo"nu rəqiblərindən fərqləndirən başqa bir üstünlükdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Böyük bankdan yeni dollar proqnozu
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir





























