Neft qiymətləri son 5 ayın ən aşağı səviyyəsinə düşüb
Zəif tələb və faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyələrdə qalacağına dair narahatlıqlar bu həftə neft qiymətlərində kəskin itkilərə səbəb olub.
Marja.az xəbər verir ki, ABŞ-ın rekord səviyyədə hasilatı, Çin tələbindəki yavaşlama ilə bağlı artan narahatlıqlar, FED-dən pul siyasəti ilə bağlı qeyri-müəyyənlik kimi amillər xam neftə mənfi təsir edir.
Bakı vaxtı ilə saat 10:24-ə olan məlumata görə, Fevralda başa çatan Brent markalı neftin fyuçersləri 0,3% ucuzlaşaraq 73,01 dollara, Qərbi Texas markalı neftin fyuçersləri isə 0,2% ucuzlaşaraq barel üçün 68,42 dollara düşüb. Hər iki müqavilə iyul ayından bəri ən aşağı səviyyədədirş
Qiymətlərin düşməsinə Enerji İnformasiya Administrasiyasının neft qiymətləri ilə proqnozu da təsir edib, çünki Administrasiya 2024-cü il üzrə Brent neftin qiymət proqnozunu bir barel üçün 10 dollar azaldaraq 83 dollara endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 d. əvvəl
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
-
9 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
Ən çox oxunanlar
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir

























