OPEC qlobal neft tələbinin artacağını gözləyir
OPEC 2023-cü ildə qlobal neft tələbinin gündəlik 2,5 milyon barel artacağını gözləməkdə davam edir.Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu saxlayır və 2,46 milyon barel artaraq gündəlik 102,11 milyon barrelə çatacağını proqnozlaşdırır.
Marja.az xəbər verir ki, bu, OPEC-in aylıq hesabatında deyilir.
“2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozumuz dəyişməz - gündəlik 2,5 milyon barel olaraq qalır. Ümumi qlobal neft tələbinin 2023-cü ildə gündəlik 102,1 milyon barel olacağını gözləyirik”, - hesabatda bildirilir.
OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - İƏİT) ölkələrində 2023-cü ildə neftə tələbatın gündəlik 70 min barel artaraq orta hesabla 45,82 milyon barrelə çatacağı gözlənilir. İƏİT-ə daxil olmayan ölkələrdə ümumi neft tələbatı gündə təxminən 2,39 milyon barel artaraq orta hesabla 56,29 milyon barrelə çatacaq.
OPEC hələ də 2024-cü ildə güclü qlobal iqtisadi artım və Çində davamlı təkmilləşdirmələrin neft istehlakının daha da artmasına səbəb olacağını gözləyir. Qlobal neft tələbinin illik müqayisədə gündəlik 2,2 milyon barel artaraq orta hesabla gündəlik 104,3 milyon barel neft olacağı gözlənilir.
Proqnoza görə, İƏİT ölkələrində 2024-cü ildə neftə tələbat bir ay əvvəl gözlənildiyi kimi gündəlik 0,26 milyon barel artacaq. İƏİT-ə daxil olmayan ölkələrdə artımın gündəlik təxminən 2 milyon barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki təxminlərə uyğundur. Ən böyük artımın Çin və Yaxın Şərq, eləcə də Hindistan, Latın Amerikası və digər Asiya ölkələrində olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Böyük bankdan yeni dollar proqnozu
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir






























