FED 2024-cü ildə faiz dərəcələrini aşağı sala biləcəyinin siqnalını verdi
ABŞ Mərkəzi Bankı 2024-cü ildə 3 iclasında faizlərini 0,75 faiz bəndi azalda biləcəyini proqnozlaşdırır.
Marja.az xəbər verir ki, dünən FED 2023-cü ilin son iclasında faizlərini 5,25% - 5,50% aralığında sabit saxlayıb. Yüksək inflyasiya ilə mübarizə çərçivəsində FED 2022-ci ilin mart ayından bu yana faiz dərəcələrini 11 dəfədə cəmi 5,25 faiz bəndi artırmışdır.
FED sədri Jerome Powell (Cerom Pauell) dünən faiz qərarından sonra təşkil edilən mətbuat konfransında gələcək yolun qeyri-müəyyən olduğunu və sərt pulsiyasətinin (faizlərin artırılmasının) tam təsirinin hələ görülmədiyini bildirib. Powell inflyasiyanın yavaşladığını, lakin yüksək olaraq qaldığını bildirib. Pauel əlavə faiz artımı ehtimalının tamamilə masadan kənarda olmadığını bildirib. O, uçot dərəcəsinin endirilməsinin vaxtının müzakirə edildiyini bildirib.
Pauellin çıxışından diqqət çəkən məqamlar aşağıdakılardır:
- Bir çox iqtisadi göstəricilər normala qayıdır.
- Güman edirik ki, faiz dərəcəsi cari sərt pul siyasəti dövründə pik nöqtəsində və ya ona yaxındır.
- Bizim inflyasiya hədəfimiz olan 2 faizə çatmaq üçün vaxt lazımdır. Biz yüksək inflyasiyanın yarada biləcəyi riskləri diqqətlə izləyirik. Ehtiyatlı mövqeyimiz davam edəcək. Lazım gələrsə, faizlərin daha da artırılması baş verə bilər.
- Qələbəni elan etmək hələ tezdir, iqtisadiyyat gözlənilmədən hərəkət edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Böyük bankdan yeni dollar proqnozu
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir



























