Yaponiyada illik inflyasiya yavaşlayıb
Yaponiyada illik inflyasiya noyabrda 2,8 faizə enib.Yaponiyada istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) oktyabrda illik müqayisədə 3,3% artdıqdan sonra noyabrda illik müqayisədə 2,8% artıb. Beləliklə, inflyasiya 2022-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə enib.
Marja.az xəbər verir ki, analitiklər artımın 2,6% olacağını proqnozlaşdırmışdılar.
Aylıq müqayisədə, qiymət indeksi oktyabrda 0,9% artdıqdan sonra, noyabrda 0,2% düşüb (deflyasiya).
Tez xarab olan ərzaq məhsullarını nəzərə alınmayan baza istehlak qiymətləri illik müqayisədə 2,5% artıb ki, bu da analitiklərin proqnozları ilə üst-üstə düşüb. Oktyabrda baza inflyasiya illik müqayisədə 2,9% təşkil etmişdi.
Baza istehlak qiymətləri aylıq müqayisədə oktyabr ayında 0.7% artdıqdan sonra, noyabr ayı ərzində dəyişməyib.
Həm təzə ərzaq, həm də enerji qiymətlərini nəzərə almayan baza inflyasiya oktyabrdakı 4 faizdən noyabrda 3,8 faizə düşüb. Bu, Yaponiya Bankının pul siyasəti qərarlarında nəzərə aldığı mühüm meyardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 17 d. əvvəl
-
28 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”





























