Qlobal satınalmaların dəyəri 2013-cü ildən bəri ilk dəfə 3 trilyon dollardan aşağı düşüb
Qlobal birləşmə və satınalma müqavilələrinin cəmi dəyəri 2013-cü ildən bəri ilk dəfə 3 trilyon dollardan aşağı düşüb. Sonuncu dəfə 2008-2009-cu illərdə elan edilmiş əqdlərin dəyəri iki il ardıcıl 10%-dən çox azalmşdı. Analitiklər deyirlər ki, yüksək faiz dərəcələri, geosiyasi gərginlik və tənzimləyici narahatlıqlar qlobal sövdələşmələrin artımında iki illik fasiləyə səbəb olub."Financial Times" (FT) London Fond Birjasının (LSE) məlumatlarına istinadən yazır ki , 2023-cü ildə dünya üzrə təqribən 2,9 trilyon dollarlıq birləşmə və satınalma müqavilələri bağlanıb ki, bu da 2022-ci illə müqayisədə 17% azdır.
Marja.az nəşrə istinadən xəbər verir ki, qlobal birləşmə və satınalma əməliyyatlarının həcmi 2013-cü ildən bəri ilk dəfə olaraq 3 trilyon dollardan aşağı olub. Ardıcıl iki ildir ki, elan edilmiş əqdlərin dəyəri 2008-09-cu illərdən bəri ilk dəfə olaraq 10%-dən çox azalıb.
Əməliyyat dəyərində ən kəskin azalma Avropada baş verib – il ərzində 28%. Asiya-Sakit okean regionu ölkələrində onların həcmi 25% azalıb. ABŞ bu mənada digərlərindən daha az zərər çəkib, burada əməliyyatların məbləği 6% azalıb. Buna iki böyük enerji sövdələşməsi kömək etdi: oktyabr ayında ExxonMobil şist nefti istehsalçısı Pioneer Natural Resources-u 59,5 milyard dollara almağa razılaşıb və Chevron neft hasilatçısı "Hess Corporation"ın bütün dövriyyədə olan səhmlərini 53 milyard dollara almaq üçün müqavilə bağlayıb.
Sövdələşmənin dəyərinin azalması nəticəsində qlobal investisiya bankçılığının haqq və komissiya gəlirləri illik müqayisədə 8% azalaraq 105 milyard dollara düşüb.Birləşmə və satınalma haqları 26% azalaraq 29 milyard dollara düşüb ki, bu da 2016-cı ildən bəri ən aşağı göstəricidir.
FT, qlobal sövdələşmənin azalmasının yüksək faiz dərəcələri, geosiyasi gərginliklər və özəl kapital bazarını "soyudan" tənzimləmə narahatlıqları ilə əlaqədar olduğunu qeyd edib. Nəşr xatırladır ki, antiinhisar orqanlarının daha sərt münasibəti səbəbindən Microsoft-un Activision Blizzard ilə 75 milyard dollarlıq müqaviləsi yalnız 21 aylıq qeyri-müəyyənlikdən sonra bağlanıb. Həmçinin Adobe-ın Figma qrupunu 20 milyard dollara satın almasına xitam verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 d. əvvəl
-
29 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”






























