"Turkcell" şirkəti Ukraynadakı aktivlərini Fransa şirkətinə ötürmək qərarına gəlib
Türkiyənin ən böyük mobil operatoru "Turkcell" üç Ukrayna şirkətindəki bütün aktivlərini Fransanın "NJJ Capital" şirkətinə ötürmək qərarına gəlib.
Marja.az Türkiyənin məlumatların ictimaiyyətə açıqlanması üzrə dövlət platformasının saytına istinadən xəbər verir ki, söhbət üç MMC-dən - "Lifecell", "Global Bilgi" və "Ukrtower"dən gedir
“Şirkətimizin direktorlar şurasının 20 dekabr 2023-cü il tarixli qərarı çərçivəsində 29 dekabr 2023-cü il tarixində törəmə şirkətlərimiz olan "Lifecell" MMC, "Global Bilgi" və "Ukrtower" MMC-nin səhmlərinin bütün hüquq və borcları ilə birlikdə "NJJ Capital"a ötürülməsi haqqında müqavilə imzalanıb. Sövdələşmə haqqında məlumat tam və vaxtında ictimaiyyətə çatdırılacaq”,- "Turkcell" platformanın saytındakı bildirişdə açıqlayıb.
Qeyd olunur ki, aktivlərin faktiki transferi hələ həyata keçirilməyib, əməliyyatın dəyəri və onun yekun şərtləri ilə bağlı danışıqlar prosesinə başlanılıb.
Saytda "Turkcell"in bu şirkətlərdəki aktivlərinin 100%-ni köçürəcəyi bildirilir. "Lifecell"də Türkiyə şirkətinin hazırkı məzənnə ilə 334 milyon dollar, "Global Bilgi"də 1,2 milyon dollar, "Ukrtower"də 51,6 milyon dollar dəyərində səhmləri var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 19 d. əvvəl
-
30 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”




























