“Masdar” şirkəti Gürcüstanda da böyük günəş elektrik stansiyası tikəcək
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” dövlət şirkəti ilə Gürcüstanın Energetikanın İnkişafı Fondu arasında saziş imzalayıb.
Marja xəbər verir ki, müqavilə Gürcüstanda ən böyük günəş elektrik stansiyasının tikintisi layihəsini həyata keçirəcək birgə şirkətin yaradılmasını nəzərdə tutur.
Gürcüstanın iqtisadiyyat nazirinin müavini Romeo Mikautadzenin sözlərinə görə, Qardabani bələdiyyəsində tikilməsi planlaşdırılan elektrik stansiyası idxaldan asılılığı azaldacaq və elektrik enerjisi təchizatının yerli mənbələrini şaxələndirəcək. Layihə həm də bərpa olunan enerjinin inkişafı, iqlim dəyişikliyinin qarşısının alınması və ölkənin Avropa İttifaqı Assosiasiyası Sazişi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məqsədlərə nail olunmasına töhfə verəcək.
Onun sözlərinə görə, yaxın vaxtlarda Gürcüstan hökuməti ilə memorandumun imzalanması və texniki-iqtisadi əsaslandırmaların aparılması planlaşdırılır.
"Masdar"ın direktoru Məhəmməd Cəmil Əl Ramahi bildirib ki, şirkətin Gürcüstandakı tərəfdaşları ilə birgə həyata keçirdiyi layihə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın mühüm nümunəsidir.
"Masdar" bərpa olunan enerji sektorunda dünyanın aparıcı və ən böyük şirkətlərindən biridir. Biz sizin ölkənizdə nə qədər böyük imkanların olduğunu aydın görürük. Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq strateji və böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu gün biz regionda ən böyük günəş enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində çox mühüm addım atmışıq və ən əsası, gələcəkdə daha böyük layihələrin perspektivini görürük”, - Məhəmməd Cəmil Əl Ramahi bildirib.
Qeyd edək ki, "Masdar" şirkəti Azərbaycanda da külək və günəş elektrik stansiyaları layihələrini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 d. əvvəl
-
29 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”



























