Apple səhmlərində kəskin ucuzlaşma - reytinqi bədbin proqnoz ilə aşağı salınıb
ABŞ-ın "Apple" şirkətinin səhmləri çərşənbə axşamı Nyu-Yorkda ticarətin bağlanışında 3,6 faiz ucuzlaşıb ki, bu da avqust ayından bəri ən kəskin ucuzlaşmadır. Bakı vaxtı ilə saat 09:40-da "Apple" səhmlərinin qiyməti 3.58% geriləmə ilə 185.64 ABŞ dolları təşkil edib.
Marja.az xəbər verir ki, bu hadisə qlobal universal bank "Barclays"ın Çində "iPhone 15" satışlarının yavaşlayacağı proqnozu ilə "Apple" şirkətinin reytinqini və şirkətin səhmləri üçün qiymət hədəfini aşağı saldıqdan sonra baş verib.
"Barclays"ın analitiki Tim Lonq çərşənbə axşamı bildirib, "Biz hələ də "iPhone"lara, həmçinin "Mac", "iPad" və geyilə bilən cihazlara təlabatın tap bərpa olunmadığını aşkar edirik. Çində tələb zəif olaraq qalır. "iPhone 15" telefonlarının satışları barədə məlumatlar getdikcə pisləşir", - deyib.
Lonqa görə, "iPhone" satışlarının azalması, ehtimal ki, "Apple" bu il "iPhone 16"nı təqdim etdikdən sonra da davam edəcək, çünki telefonda mövcud modelə nisbətən bir çox əsas təkmilləşdirmələr olacağı gözlənilmir.
"Barclays" "iPhone"ların istehsalçısı olan "Apple" şirkətinin reytinqini aşağı saldıqdan sonra Asiyada "Apple"ı ehtiyat hissələri ilə təchiz edən şirkətlərin də səhmləri ucuzlaşıb.
"Barclays" "Apple" səhmləri üzrə qiymət hədəfini 161 dollardan 160 dollara endirib.
"Samsung Electronics"ın səhmləri 3,01 faiz dəyər itirib. Cənubi Koreyanın elektronika nəhəngi və onun bəzi törəmə şirkətləri "Apple"ı ekran və batareya komponentləri ilə təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 d. əvvəl
-
29 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”





























