Avropa 2023-cü ildə rekord həcmdə LNG idxal edib
2023-cü ildə Avropa İttifaqının qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın (LNG) axınları bütün müşahidə dövrü üçün rekord həddə çatıb və 131 milyard kubmetri keçib.
Bu barədə Marja.az "Gas Infrastructure Europe" məlumatlarına istinadən xəbər verir.
Terminallardan Avropa qaz nəqli sisteminə LNG daxilolmaları əvvəlki aya nisbətən artdıqdan sonra dekabrda azalıb. Dekabrın sonunda 11,36 milyard kubmetr təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 4%, keçən ildən eyni ayı ilə müqayisədə 6% azdır. Bu rəqəm tarixdə dekabr ayı üçün ikinci yüksək rəqəmdir. Əvvəlki maksimum 2022-ci ilin dekabrında müəyyən edilib.
Ümumilikdə, 2023-cü ildə terminallardan Avropa qaz nəqli sisteminə LNG daxilolmaları təxminən 131,22 milyard kubmetr təşkil edib, bu da əvvəlki illə müqayisədə 1,9% çoxdur. Beləliklə, keçən il Avropa ölkələri tərəfindən LNG idxalı bütün müşahidə dövrü ərzində rekord həddə çatıb.
Dekabrın 29-na olan Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin məlumatlarına görə, 2023-cü ildə LNG, Avropada qaz hasilatı mənbələri arasında payına görə birinci yeri tutub - 40%. İkinci yerdə 29 faiz payla Şimal dənizindən (əsasən Norveç qazı), üçüncü yerdə 11 faizlə Şimali Afrikadan tədarüklər gəlir.
Şərqdən tədarük edilən qazın payı (Rusiya qazı, Ukraynadan qaz tədarükü, eləcə də öz qazını Ukraynanın yeraltı qaz anbarlarından götürən Avropa şirkətləri) 9,7%-ə yüksəlib. Bu, Böyük Britaniyadan tədarük ediləndən (5,8%) çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 17 d. əvvəl
-
28 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”





























