Apple 2024-cü ilin ilk həftəsində 170 milyard dollar itirib
ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkətinin səhmləri, "Piper Sandler"ın şirkətin səhmləri ilə bağlı tövsiyəsindən sonra daha da ucuzlaşıb. Şirkətin səhmləri 1,4 faiz də ucuzlaşaraq bir səhm üçün 181,6 dollar təşkil edib."iPhone" telefonlarının istehsalçısı "Apple" şirkətinin səhmləri ucuzlaşır.
Marja.az xəbər verir ki, Böyük Britaniyanın universal bankı "Barclays"ın ardınca ABŞ-ın investisiya bankı və maliyyə xidmətləri şirkəti "Piper Sandler" də tələb narahatlıqlarına görə tövsiyəsini yenidən nəzərdən keçirib.
Çərşənbə günü "Barclays", Apple məhsullarına tələbin 2024-cü ildə zəif qalacağı gözləntisi ilə "Apple" səhmləri üçün tövsiyəsini "neytral"dan "azalt"a endirib.
"Piper Sandler"in tövsiyəsindən sonra şirkətin səhmləri 1,4 faiz də ucuzlaşaraq hər səhm üçün 181,6 dollara düşüb. 2024-cü ilin ilk həftəsində şirkətin bazar dəyəri təxminən 170 milyard dollar azalıb.
"Apple" hələ də 2,8 trilyon dollardan çox kapitalla dünyanın ən yüksək bazar dəyərinə malik şirkəti adını qoruyur.
"Piper Sandler" şirkəti "Apple" səhmləri ilə bağlı tövsiyəsini "artır"dan "neytral"a endirib və qiymət hədəfini 15 dollar azaldaraq 205 dollara endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
18 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
22 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
2 saat əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı






























