Ötən il qida məhsullarının beynəlxalq qiymətləri 10 faiz aşağı düşüb
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), qida məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksinin, 2023-cü ili 2022-ci ildəki səviyyəsindən təxminən 10 faiz aşağı bağlandığını açıqlayıb.
Marja.az xəbər verir ki, FAO dekabr ayında şəkər qiymətlərinin azalması səbəbindən qlobal ərzaq qiymətlərinin 1,5 faiz azaldığını açıqlayıb.
FAO-nun yaydığı açıqlamaya görə, FAO-nun Ərzaq Qiymətləri İndeksi dekabr ayında əvvəlki ayla müqayisədə 1,5 faiz, 2022-ci ilin dekabr ayı ilə müqayisədə isə 10,1 faiz azalaraq orta hesabla 118,5 bənd təşkil edib.
FAO İndeksi Dünya ərzaq məhsullarının qiymətləri üçün etalondur.
Braziliyada güclü istehsal tempi və Hindistanda etanol istehsalı üçün şəkər qamışından istifadənin azalması ilə əlaqədar olaraq şəkər qiymətlərinin düşməsi ilə Şəkər Qiyməti İndeksi dekabr ayında noyabr ayına nisbətən 16,6% azalıb.
İndeks dekabrda doqquz ayın ən aşağı səviyyəsinə düşüb, illik müqayisədə isə 9% artıb.
Bitki Yağı Qiyməti İndeksi aylıq müqayisədə1,4 faiz azalıb. Bu azalma palma, soya və günəbaxan yağlarının alışındakı durğunluğu əks etdirir. İndeks bütün 2023-cü ildə əvvəlki ilin səviyyəsindən 32,7 faiz aşağı düşüb.
Taxıl Qiyməti İndeksi buğda, qarğıdalı, düyü və arpa qiymətlərindəki artımla aylıq müqayisədə 1,5% artıb. İndeks 2023-cü il ərzində əvvəlki ilin səviyyəsindən 15,4 faiz geriləyib.
Eyni dövrdə, FAO Süd Qiyməti İndeksi bayram mövsümü ərəfəsində Qərbi Avropada güclü daxili satışların dəstəkləndiyi kərə yağı və pendir üçün daha yüksək qiymət təklifləri ilə 1,6 faiz artıb. İndeks 2022-ci ilin dekabr ayı dəyərindən isə 16,1 faiz aşağı düşüb.
Ət Qiyməti İndeksi də donuz əti üçün davamlı zəif idxal tələbi ilə əlaqədar dekabr ayında 1 faiz düşüb. İndeks 2022-ci ilin dekabr ayındakı səviyyəsindən 1,8 faiz geriləyin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
19 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
23 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
2 saat əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı





























