Qlobal bankdan neftin qiymətilə bağlı bədbin proqnoz
Bank of America 2024-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 10 dollar azaldıb, bir barel üçün 90 dollardan 80 dollara endirib.
Marja.az xəbər verir ki, WTI markalı neftin orta qiymət proqnozu isə bir barel üçün 75 dollara düşüb. Bank, təklifin gözlənilən artımı və tələbin azalması fonunda proqnozlarını dəyişdiklərini izah edib.
"BofA Global Researc"in qlobal əmtəə və törəmələr üzrə rəhbəri Fransisko Blanç bildirib ki, tədarükün artmasının ABŞ-ın neft hasilatının yüksəlməsi və gündə təxminən 1,5 milyon barel ixrac edən İrandan gələn tədarükün artması fonunda baş verəcəyi gözlənilir. Bundan əlavə, ABŞ Venesuelanın neft-qaz sektoruna qarşı sanksiyaları altı ay müddətinə yumşaldır.
Ekspert hesab edir ki, tələbin azalması yüksək faiz dərəcələri hesabına baş verəcək ki, bu da iqtisadiyyatın yavaşlamasına gətirib çıxaracaq və nəticədə yanacağa tələbat üzərində təzyiq yaradacaq.
Hazırda Brent nefti 77,60 dollardan ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
17 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
21 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
2 saat əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı






























