2030-cu ilə qədər bərpa olunan enerji gücü 2,5 dəfə artacaq
Keçən il dünyada 2022-ci illə müqayisədə 50 faiz çox bərpa olunan enerji gücü istifadəyə verilib və bu artımın 75 faizi günəş enerjisi hesabına təmin edilib.
Marja.az xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına bildirilir.
Çin qlobal bərpa olunan enerji enerjisində artıma liderlik edir. Avropa, ABŞ və Braziliyada bərpa olunan enerji gücünün artması da rekord səviyyələrə çatıb.
Ölkələrin enerji təchizatı təhlükəsizliyində, eləcə də iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayan bərpa olunan enerjinin artımının tədricən sürətlənəcəyi proqnozlaşdırılır. 2028-ci ilə qədər dünyanın bərpa olunan enerji gücününü 7300 gigavata çatacağı təxmin edilir.
Bu artım tempi davam etdikcə, 2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialının indiki səviyyəsindən 2,5 dəfə artacağı proqnozlaşdırılır. Bu artımın 95 faizinin günəş və külək enerjisindən əldə ediləcəyi gözlənilir.
Bərpa olunan enerjidə görünməmiş artıma baxmayaraq, keçən ay Dubayda COP28-də razılaşdırılmış “2030-cu ilə qədər bərpa olunan enerji potensialının üçqat artırılması” öhdəliyini həyata keçirmək üçün investisiyalar sürətləndirilməlidir.
Qlobal bərpa olunan enerji gücünün üç dəfə artırılması bu gücün 2030-cu ilə qədər 11 min gigavata çatması deməkdir.
Bu məqsədə çatmaq üçün siyasətlərlə bağlı qeyri-müəyyənlikləri aradan qaldırmaq, şəbəkə investisiyalarının qeyri-kafi olması ilə bağlı problemləri həll etmək, bürokratik maneələri aradan qaldırmaq, icazələri asanlaşdırmaq lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
43 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
47 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı


























