Qazaxıstan Bakı-Supsa kəməri ilə 3 mln. tonadək nefti nəql etmək marağındadır
Qazaxıstan Azərbaycanla Bakı-Supsa kəməri vasitəsilə neftin nəqli barəsində danışıqlar aparır.
“İnterfax-Qazaxıstan”ın verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Energetika Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Qazaxıstan tərəfi Azərbaycanla Bakı-Supsa vasitəsilə ildə 3 mln. tona qədər neft nəql etmək barədə damışıqlar aparır.
Xatırladaq ki, hazırda Azərbaycan tərəfi Bakı-Supsa kəmərində demək olar ki, istifadə etmir. Kəmərin fəaliyyəti tam dondurulmayıb, hazır vəziyyətdədir və istənilən an istifadə oluna bilər. Bu kəmər ilə neft bir ay öncədən təqdim olunan sifarişlər əsasında (sifarişlərin olduğu halda – red.) həyata keçirilir.
Bundan başqa, Qazaxıstanın Energetika Nazirliyi onu da bildirib ki, Qazaxıstan 2024-cü ildə Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) ilə 2023-cü ildə olduğu qədər - 1,5 mln. ton neft nəql etməyi planlaşdırır.
Onu da xatırlatmaq lazımdır ki, “Kaztransoil” şirkətinin məlumatına görə, ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 mln. 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 mln. 108 min ton və ya 49%-ə yaxın çoxdur.
Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 mln. 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə “Tengiz” yatağından 1 mln. 057 min ton neft göndərilib.
Əlavə edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və SOCAR arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 mln. ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
43 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
47 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı





























