Huawei bazar payını artırdığı üçün Çində Phone satışı 4-cü rübdə 2% azalıb
Cümə axşamı günü IDC araşdırma şirkətinin məlumatlarına görə, Apple-ın Çində smartfon satışı 2023-cü ilin son rübündə (oktyabr-dekabr) 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% azalıb.
Marja.az xəbər verir ki, bu azalma ABŞ şirkətinin üçüncü ən böyük bazarında üzləşdiyi çətinlikləri vurğulayır, çünki bəzi Çin şirkətləri və dövlət qurumları işçilərin Apple cihazlarından istifadəsini məhdudlaşdırır. Bu tədbir ABŞ hökumətinin Çin tətbiqlərinə təhlükəsizlik baxımından tətbiq etdiyi məhdudiyyətlərə cavabdır.
Əvvəlki il ABŞ-ın sanksiyaları nəticəsində smartfon biznesi məhv edilən Huawei, 2023-cü ilin son rübündə cəmi 1,2% böyüyən dünyanın ən böyük smartfon bazarında rəqabəti gücləndirərək, keçən il yeni təqdimatlarla geri qayıdıb.
IDC-ın rəqəmlərinə görə, ilin son rübündə Huawei-nin satışları 36,2% artıb. Şirkət ötən ilin eyni rübündəki 10,3%-dən 13,9% bazar payı ilə Çində dördüncü ən böyük smartfon satıcısı olub.
Bununla belə, IDC-in məlumatına görə, 2023-cü il üçün Apple 17,3% bazar payı ilə Vivo-nu üstələyərək ən çox smartfon satıcısı olub. Bu, Apple-ın Çində ilk dəfə ən çox satan istehsalçı olduğunu göstərir, lakin analitiklər onun satışlarının bu il yenidən təzyiq altında olacağını proqnozlaşdırırlar.
IDC bildirib ki, Apple-ın Çindəki yüksək səviyyəli bazar payına rəqib məhsullar və Apple tərəfindən məhdud məhsul təkmilləşdirmələri təsir edib ki, bu da iPhone-ların ümumi cəlbediciliyini azaldır.
Bu ayın əvvəlində Apple, artan rəqabət təzyiqi fonunda pərakəndə satış qiymətlərini 500 yuana (70 dollar) qədər azaldaraq iPhone-larına endirimlər təklif edib.
"Jefferies" analitikləri bu ayın əvvəlində Apple-ın tədarük həcminin 2024-cü ildə ikirəqəmli azalma ilə davam edəcəyini, Huawei-nin isə bazar payını artıracağını proqnozlaşdırmışdı.
Onlar Huawei-nin 2024-cü ildə dünya üzrə təxminən 64 milyon smartfon tədarük edəcəyini təxmin edirlər ki, bu da 2023-cü il üçün proqnozlaşdırılan 35 milyondan əhəmiyyətli bir artımdır.
Ümumilikdə, dördüncü rübdə Çinin smartfon bazarında satış sayı 73,63 milyon ədəd təşkil edib. IDC-nin məlumatına görə, bütün il ərzində satışın həcmi 5% azalaraq 271 milyon ədəd təşkil edib.
Apple gələn həftə rüblük nəticələrini açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
1 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
1 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
1 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)








