Bu gün də valyuta hərracında tələb 100 milyon dollardan yüksək oldu
Azərbaycanda dollara tələb yüksək məbləğdə qalır. Bu gün banklar hərracda 108,1 milyon dollar alıblar. Son 4 hərracda isə banklar tərəfindən 465,7 milyon dollar valyuta alınıb. İlin əvvəlindən ötən dövrdə isə valyuta hərracında satışların cəmi 1,1 milyard dolları keçib.22 Fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Marja.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 108,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib (satış).
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, 20 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 102,6 milyon ABŞ dolları təşkil etmişdi.
15 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 103,9 milyon ABŞ dolları təşkil etmişdi.
13 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında isə tələb 151,1 milyon ABŞ dolları təşkil etmişdi.
2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 14 valyuta hərracında banklara cəmi 1 milyard 102,6 milyon dollar satılıb.
Azərbaycan Mərkəzi Bankı bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır. Bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır. Qeyd edilib ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələmişdir.
"Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir",- Mərkəzi Bankdan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 13 saat əvvəl
-
20 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
22 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
1 gün əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
1 gün əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
1 gün əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 1 gün əvvəl