Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankı ardıcıl dördüncü iclasda faiz dərəcələrini dəyişməyib. İnflyasiya və iqtisadi artımla bağlı aşağı proqnozlar bankın iyun ayında faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntiləri gücləndirib.Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrini sabit saxlamaq qərarına gəlib.
Marja.az xəbər verir ki, Bank depozit faizini 4 faiz səviyyəsində, kreditləşmə dərəcəsi 4,75 faiz, pul siyasəti faiz 4,5 faiz səviyyəsində dəyişməz saxlanılıb.
İqtisadçılar da faiz dərəcələrinin sabit qalacağını gözləyirdilər.
Qərar mətnində faiz dərəcəsinin 2 faizlik inflyasiya hədəfinə çatmasına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib.
Qərarla yanaşı, iqtisadi proqnozlar da dərc edilib.
ECB 2024-cü il üçün inflyasiya proqnozunu 2,3 faizə endirib. Əvvəlki qiymətləndirmədə inflyasiya proqnozu 2,7 faiz səviyyəsində müəyyən edilmişdi.
Bankın iqtisadçıları inflyasiya hədəfinə 2025-ci ildə nail olacaqlarını proqnozlaşdırırlar. Əvvəllər 2025-ci il hədəfi 2,1 faiz idi.
2026-cı il üçün inflyasiya proqnozu 1,9 faiz səviyyəsində saxlanılıb.
2024-cü il üçün iqtisadi artım proqnozu 0,6 faizə endirilib.
Qərar mətnində ECB, pul siyasətində müvafiq sərtləşdirmə səviyyəsini və müddətini müəyyən etmək üçün məlumatdan asılı bir yanaşma izləməyə davam edəcəyini vurğulanıb. Bank bəyan edib ki, İdarə Heyətinin faiz dərəcələri ilə bağlı qərarları daxil olan iqtisadi və maliyyə məlumatları fonunda inflyasiyanın əsas dinamikasının qiymətləndirməsinə əsaslanacaq.
İnflyasiya və iqtisadi artımla bağlı aşağı proqnozlar bankın iyun ayında faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntiləri gücləndirib.
Qərardan sonra ECB sədri Kristin Laqard mətbuat qarşısına çıxıb.
Laqardın açıqlamalarında diqqət çəkən ifadələr aşağıdakılardır:
- İqtisadiyyat zəif olaraq qalır.
- Real gəlirlər bərpa olunacaq və artımı dəstəkləyəcək. Hökumətlər enerji subsidiyalarını geri qaytarmağa davam etməlidirlər. Əmək haqqı artımları mülayimləşib. Geosiyasi gərginlik inflyasiya üçün yuxarı risklər arasındadır.
- İnflyasiya hədəfinə doğru yaxşı irəliləyiş əldə etmişik. Amma biz inflyasiya ilə bağlı kifayət qədər əmin deyilik. Apreldə bəzi məlumatlar, iyunda isə daha çox məlumatlar olacaq.
- Biz baza inflyasiyasında ümumi mülayimlik görürük.
- Yalnız bir məlumatla ümumi fikrimizi dəyişməyəcəyik.
- Faiz dərəcələrinin sabit saxlanılması qərarı yekdilliklə qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
52 d. əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
1 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
1 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi











.webp)









