Qlobal bank qızılın qiymətinin 2500 dollara çatacağını gözləyir
Amerikanın qlobal maliyyə institutu JPMorgan bu il qızılın qiymətinin 2500 dollara çatacağını gözləyir.
Marja.az xəbər verir ki, "JPMorgan Chase & Co."nun Qlobal Əmtəə Tədqiqatının rəhbəri Nataşa Kanevanın sözlərinə görə, qızılın qiyməti bu il bir unsiya üçün 2500 dollara çatmaq potensialına malikdir.
"Biz gözləyirik ki, qızılın qiyməti 2,500 dollara çata bilər. Çünki bazar həddən artıq həyəcanlanmağa meyllidir",- Nataşa Kaneva deyib.
Qızılın qiyməti ötən həftə 2203 dollara olmaqla tarixdə ən yüksək səviyyəsini görüb. Bakı vaxtı ilə saat 09:25-də qızılın unsiyası 2170 dollardan ticarət olunub.
ABŞ Mərkəzi Bankının (FED) uzun müddətdir gözlənilən daha yumşaq pul siyasətinə keçidinin istiqrazlar kimi gəlir gətirən aktivlərlə müqayisədə qızılın cəlbediciliyini artıracağı gözlənilir. FED borclanma xərclərini (faizləri) azaltmazdan əvvəl inflyasiyanın 2 faizlik hədəfə doğru getdiyinə dair daha çox sübut görməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
52 d. əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
1 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
1 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)









