"Unicapital İnvestisiya Şirkəti"ndən bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərrac hərrac zamanı təqdim olunan gəlirlilik dərəcələrinin Emitenti qane etmədiyi səbəbindən baş tutmadı. Fevral ayında 3 illik istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8.04%, kəsmə gəlirlilik 8.23% olmuşdur. Bu həftə, 19 mart tarixində 150 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fevral ayında 1 illik istiqrazlar üzrə orta ölçülmüş və kəsmə gəlirliliklər 7.05% və 7.24% olmuşdur.
13-14 mart tarixlərində keçirilən hərraclarda AR Mərkəzi Bankının notları üzrə orta ölçülmüş gəlirliliklər 6.80%-6.95% aralığında olmuş, hər biri 30 milyon AZN olmaqla, 120 milyon AZN vəsait yerləşdirilmişdir.
Ötən həftə Azərbaycanda fevral ayı üzrə inflyasiya məlumatı açıqlandı. Məlumata əsasən, inflyasiya azalan tendensiyada davam etməkdədir. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 1,3%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2%, qeyri-qida məhsulları üzrə 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7% artıb.
Növbəti həftə, 28 mart tarixində AR Mərkəzi Bankı faiz dəhlizi ilə bağlı qərarını açıqlayacaq. Mərkəzi Bankın ötən iclasında verdiyi məlumata əsasən qərarlar xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq veriləcəkdir. Qərarlar qəbul edilərkən ölkədə pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri, maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaqdır. Qeyd olunan risklərin reallaşmaması halında pul siyasətinin ilin qalan dövründə də mərhələlərlə yumşaldılması imkanlarına baxılacaqdır. Ötən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir.
Qlobal bazar
12 mart tarixində açıqlanan məlumata əsasən ABŞ-da inflyasiya artaraq 3.1%-dən 3.2%-ə yüksəlmişdir. İnflyasiyanın gözləntilərdən yüksək çıxması səhm bazarlarına mənfi təsir göstərmiş, ABŞ-ın səhm indeksləri bir qədər geriləmişdir.
20 mart tarixində ABŞ maliyyə bazarları üçün daha bir əhəmiyyətli məlumat açıqlanacaqdır. Belə ki, Bakı vaxtı ilə 22:00-da ABŞ FED faiz dərəcələri ilə bağlı qərarını açıqlayacaq. Faizlərin dəyişdirilməyərək 5.25%-5.50% həddində saxlanılacağı proqnoz edilir.
18 mart tarixində Avrozonada fevral ayı üçün illik yekun inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın 2.6% açıqlanacağı proqnoz edilir.
İnvestorların diqqət mərkəzində olan qərarlardan biri də 21 mart tarixində açıqlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı olacaq. Gözlənti odur ki, İngiltərə Mərkəzi Bankı da gözləmə mövqeyi tutaraq faizləri 5.25% həddində saxlayacaq.
Rusiyada illik inflyasiya artaraq 7.44%-dən 7.69%-ə yüksəlmişdir.
21 mart tarixində Türkiyə, 22 mart tarixində isə Rusiya Mərkəzi Bankı pul siyasəti ilə bağlı faiz qərarlarını açıqlayacaqlar. Hər iki bankın gözləmə mövqeyi tutaraq faizləri sabit saxlayacağı gözlənilir. Hazırda Türkiyədə faiz dərəcəsi 45%, Rusiyada isə 16%-dir.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 saat əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
6 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq




























