Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Mərkəzi Bankı bələdiyyə seçkilərindən sonra ilk faiz qərarını açıqladı. Bank faiz dərəcəsini sabit saxlayıb.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Marja xəbər verir ki, (TCMB) faiz dərəcəsini 50 faiz səviyyəsində dəyişməz saxlayıb.
Sorğuda iştirak edən qurumların gözləntiləri faiz dərəcəsinin 50 faiz səviyyəsində sabit saxlanılması idi.
Mərkəzi Bankın press-relizində bildirilir:
“Pul Siyasəti Komitəsi (İdarə Heyəti) uçot dərəcəsi olan bir həftəlik repo hərracı faiz dərəcəsini 50 faiz səviyyəsində sabit saxlamaq qərarına gəlib.
Mart ayında aylıq inflyasiyanın əsas tendensiyası davam edən zəifləməyə baxmayaraq gözləniləndən yüksək olmuşdur. İstehlak malları və qızıl idxalının gedişatı cari əməliyyatlar balansının yaxşılaşmasına kömək etsə də, yaxın dövr üçün digər göstəricilər daxili tələbdə müqavimətin davam edəcəyini göstərir. Xidmət inflyasiyasının yüksək olması, inflyasiya gözləntiləri, geosiyasi risklər və ərzaq qiymətləri inflyasiya təzyiqlərini canlı saxlayır. Komitə inflyasiya gözləntilərinin və qiymət davranışının proqnozlara uyğunluğunu yaxından izləyir.
Mart ayında atılan addımlar nəticəsində maliyyə şərtləri xeyli sərtləşib. Sərt pul siyasətinin kreditlərə və daxili tələbata təsiri diqqətlə izlənilir. İdarə Heyəti monetar sərtləşdirmənin gecikən təsirlərini nəzərə alaraq uçot dərəcəsini sabit saxlamaq qərarına gəlsə də, inflyasiya ilə bağlı yuxarı istiqamətli risklərə qarşı ehtiyatlı mövqeyini təkrarlayıb. Aylıq inflyasiyanın əsas tendensiyasında əhəmiyyətli və daimi azalmaya nail olunana və inflyasiya gözləntiləri proqnozlaşdırılan proqnoz diapazonuna yaxınlaşana qədər sərt pul siyasəti mövqeyi saxlanılacaq. İnflyasiyanın əhəmiyyətli və daimi pisləşməsi proqnozlaşdırılarsa, pul siyasəti mövqeyi sərtləşdiriləcək".
Əlavə edilib ki, daxili tələbin tarazlaşdırılması, türk lirəsinin real bahalaşması və inflyasiya gözləntilərinin yaxşılaşdırılması yolu ilə aylıq inflyasiyanın əsas tendensiyasını azaldacaq və 2024-cü ilin ikinci yarısında deinflyasiya bərqərar olacaq.
TCMB-nin növbəti iclası mayın 23-də keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
44 d. əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
59 d. əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
1 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)







