“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
Azərbaycanın valyuta bazarında kəskin tələb artımı artıq bitib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ilin əvvəlində xarici valyutaya olan tələb artımı dövlət büdcəsinin xərclərinin 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 %-dən çox artması ilə bağlıdır: “Həmin xərclərin 45 %-dən bir az artığı əsaslı xərclərdir. Həmçinin hüquqi şəxslərin avans ödənişlərində də artım var. Bundan əlavə iqtisadiyyata investisiyalanın artımını da müşahidə etdik. Buna paralel olaraq əhali arasında əsassız aktivlik olub ki, bu da tələbin artmasına müəyyən təsir göstərib”.
T.Kazımov qeyd edib ki, hazırda vəziyyət normadadır və valyuta bazarında sabitlikdir, bazarda olan vəziyyət ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
3 saat əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
3 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq



























