“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
İnflunser agentliyinin rəhbəri Aliyə Cəlil ilə müsahibə.
Məsləhətə hər zaman ehtiyac duyulub. İnsanlar tarix boyu hansısa qərar qəbul edərkən fikirlərinə önəm verdikləri şəxslərin rəyini öyrənməyə çalışıb. Mütəxəssislərin, tanınmış şəxslərin tövsiyyələri isə hər zaman dəyərli olub. Marketinqin inkişafı ilə məsləhət amili kommersiya sahəsində müxtəlif formalarda istifadə olunub. Son illərdə isə tövsiyyə anlayışı marketinqdə “influnser” (“influencer”) adıyla ayrıca bir qola, funksiyaya çevrilib.
Bəs, influnser kimdir? İnflunser marketinq necə işləyir?
Bu haqda “A-Zone” influnser agentliyinin direktoru Aliyə Cəlil ilə müsahibəni təqdim edirik:
“İfluenserlər istənilən sosial media platformasında (Instagram, TikTok, Youtube və s.) və ya şəxsi sayt – bloq yaradaraq onun üzərindən məzmun yaradan, paylaşan şəxslərdir Onlar daim aktivdir, izləyiciləri ilə mütəmadi fikir alış-verişi, müzakirələr edir və öz təcrübələrini bölüşür. Bunun nəticəsində influnserin paylaşdığı məzmuna uyğun, maraq dairəsi ətrafına yığışan kütlə formalaşır. İnfluenserlər bu kütlənin davranış və seçimlərinə təsir edən şəxslərdir deyə bilərik. İnflunserlər çox vaxt müəyyən dar bir mövzu (niş) üzrə ixtisaslaşırlar və bu sahədə həvəsli və bilikli olduqları üçün izləyiciləri tərəfindən etibarlı mənbələr hesab olunurlar. Bu cür nüfuzlu şəxslər brendlərlə əməkdaşlıq edərək iməhsul və ya xidmətləri tanıdır və markaların hədəf auditoriyalarına daha orqanik şəkildə çatmasına şərait yaradırlar.
İnflunser marketinqin getdikcə artan populyarlığını ən sadə formada, büdcələrlə ölçmək olar. Bu sahəyə dünyada xərclənən büdcələr haqda məlumat müvafiq mənbələrdə belədir: 2016-cı ildə 1-1.5 milyard, 2022-ci ildə 14-16 milyard, 2023-cü ildə 20-22 ABŞ dolları təşkil edib”.
- İnflunser marketinqin digər marketinq metodları ilə müqayisədə hansı fərqləri var? Xüsusən, ənənəvi marketinq formalarına nisbətdə hansı xüsusiyyətləri ilə önə çıxır?
- Ənənəvi reklam üsullarından fərqli olaraq, influnser marketinqdə məhsul və ya xidmət istehlak edilərək, sınanaraq (öz üzərində göstəriləcək) reklam edilir. Bəzən isə sadəcə influnserlər markanın siması seçilərək, həmin şəxsi sevən, inanan və rəğbət bəsləyən, seçim və fikirlərinə etibar edən izləyicilər tərəfdən maraq göstərilməklə nəticələnir.
Markalar influencerlərin statistik göstəricilərini analiz edib (cins, yaş, ölkə, şəhər və s. üzrə) məzmununa nəzər yetirərək artıq onu izləyən kütləni müəyyənləşdirib öz hədəf kütləsinə daha asan çata bilir.
Digər faktor isə etibardır. İzləyicilər təsir edənləri etibarlı mənbələr kimi görür və tövsiyələrini daha çox qiymətləndirirlər. Buna görə də, influnserlərin brendləri tövsiyə etməsi istehlakçıların satın alma qərarlarına müsbət təsir göstərir.
Markalar əgər doğru iş prinsipi qurbsa və məqsəd brendin sosial media səhifələrinin trafikinin artırılımasına fokuslanırsa (əməkdaşlıq detalları bunun üzərində qurulmalıdır) bu halda brendlərlə əməkdaşlıq edən influenserlərin məzmunun nəticəsində daha asan və sürətli yüksək traffik əldə olunur. Bu da, brendlərin onlayn fəaliyyətini, yadda daha çox qalmasını, marka imicini gücləndirir.
- İnflunserlərlə işləməyə yeni başlayan və ya indiyədək bu sahədə təcrübəsi olmayan şirkətlərə nə tövsiyyə edərdiniz?
- Şirkət influenser marketinqdən istifadə etmək istəyirsə, bir neçə nüansı dəqiləşdirməlidi. Özü, təqdim etmək istədiyi məhsul və ya xidmət, mesajını çatdırmaq istədiyi auditoriyanın xarakteristikasını dəqiləşdirməlidir. Ehtiyac varsa, bu yöndə araşdırmalar etməlidir. Yalnız bu bilgiləri dəqiqləşdirdikdən sonra influnserlərə olan tələblərini daha aydın qoya bilər. Kontent brifi verilir, onun əsasında doğru platforma seçimi edilir. Məsələn, “A-Zone” olaraq biz də müştərinin məqsəd və hədəf auditoriyasına ən uyğun influnserləri təklif edə bilərik. Həmçinin, yenə müştərinin tələblərinə uyğun olaraq da seçilmiş influnserlərin hazırlayacaqları məzmunun üslubunu, mahiyyətini formalaşdıra bilirik.
- İnflunser xidmətləri təklif edən şirkətlər Azərbaycan bazarında çox azdır. Bu tip agentliklər bir neçə ildir ki, yaranmağa başlayıb. Bu səəbəbdən, “A-Zone” influnser agentliyini oxucularımıza biraz ətraflı tanıda bilərsinizmi?
Biz, 2020-ci ildə yaranmış şirkətik. Agentiyimiz yalnız influnser marketinq ilə məşğuldur.
İnfluenserlərin biznes əlaqələrinin təşkili və icra olunması, layihələrin yazılması və idarə olunması, marka tərəfdən müəyyən olunmuş layihələrin icrası, influenser tədbirlərinin təşkili xidmətlərini həyata keçiririk.
İlk müştrərimiz Fransa markası olan “Babyliss” (Beybilis) idi. Daha sonra buraya “Trendyol”, “Rabitabank”, “Kapital Bank”, “Bravo market”, “VisitDubai”, “Baku City Circuit”, “Marriott” otellər qrupu, “İherb”, “Yandex Music”, “Umico”, “Loreal”, “Logitech”, “Liv BonaDea”, “Doctorhair”, “Dubai Shopping Festival” və s. nüfuzlu şirkət və markalar əlavə olunub. Bir neçə tender layihələrinin qalibi olmuşuq.
Fəxr etdiyimiz əsas layihələrdən biri “Şuşa ili” və “Heydər Əliyev il”i çərçivəsində Prezident Administrasiyasının Kommunikasiya Şöbəsi ilə həyata keçirdiyimiz layihələr olub. Dövlət dəstəyi ilə İngiltərədə “Digital Marketing World Forum Global”da influnserlərlə birlikdə iştirak etmişik.
İnfluencer marketinq sahəsində mən 2016-cı ildən fəaliyyət göstərirəm. Bu sahənin həm influnser, həm biznes tərəfində olduğum üçün düşünürəm buna görə şirkətimiz uğurlu alınıb. Bir biznesin uğurlu alınmasındakı səbəblərdən biri də, yanaşma formasıdır. Xüsusi ilə 3 tərəfli münasibətlərdən söhbət gedirsə.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
2 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)












