Macarıstan şirkəti "Şahdəniz" layihəsinə iştirakçı kimi daxil olur
Macarıstanın enerji şirkəti olan MOL Azərbaycanın ən böyük qaz layihəsi olan "Şahdəniz" yatağında iştirakçı qismində olacaq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbəri xatırladıb ki, hazırda MOL şirkəti "Azəri-Çıraq-Günəşli" layihəsində 9,57 %, "Bakı-Tbilisi-Ceyhan" layihəsində 8,9 % paya malikdir.
Nazir xatırladıb ki, Cənubi Qaz Dəhlizi layihəsinin reallaşdırılması nəticəsində Azərbaycan qazının Avropa bazarına çıxması ilə Macarıstanla danışıqlara başlanıldı və sevindirici hal odur ki, fiziki olaraq Azərbaycan qazı artıq Macarıstana çatır:
"Eyni zamanda biz Macarıstanla birlikdə "Həmrəylik Halqası" deyilən, Avropanın bir çox ölkələrini əhatə edən, daxili boru xətlərinin vahid sistemini yaradan layihədə birlikdə iştirak edirik. Hesab edirik ki, həmin layihənin reallaşması Azərbaycan qazının bir sıra Avropa ölkələrinə daha rahat çatmasına şərait yaradacaq", - C.Bayramov deyib.
XİN rəhbəri həmçinin vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial var.
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsində önəmli artım var, amma bunun artırılması üçün potelsial var. Danışıqlar zamanı biz hansı istiqamət üzrə əməkdaşlığın artırıla biləcəyini müzakirə etdik", - nazir deyib.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).
"Report"
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
-
2 saat əvvəl
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
-
2 saat əvvəl
İndoneziyalı investorların diqqəti Daşkəsən dəmir filizi layihəsindədir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
Ən çox oxunanlar
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”

























