Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin imzalanmasını təsdiqləyib
Qırğızıstanın Nazirlər Kabineti “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in imzalanmasını təsdiqləyib.
Qırğızıstan KİV-ləri xəbər verir ki, Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb.
Sazişin icrasına cavabdeh olan orqan İqtisadiyyat və Kommersiya Nazirliyi müəyyən edilib. Sənəd ratifikasiya məqsədilə Qırğızıstanın Joqorku Keneşinə göndərilib.
Saziş Qırğızıstan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi vasitəsi kimi nəzərdən keçirilir. Bununla yanaşı, xarici şirkətlərə ikiqat vergitutmanın aradan qaldırılması və yalnız bir ölkədə vergitutma təminatının verilməsi yolu ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırılmasına şərait yaradır.
Sazişin əsas məqsədləri bir dövlətin rezidentini digər razılığa gələn dövlətdə ayrı-seçkilik yaradan vergitutmadan qorumaq, vergidən yayınma və ya Sazişin müddəalarından sui-istifadə hallarının qarşısını almaq və razılığa gələn dövlətlərin səlahiyyətli orqanları arasında Sazişin müddəalarına əməl olunmasını təmin etmək üçün qarşılıqlı məlumat mübadiləsi aparmaqdan ibarətdir.
Sənədin mətnində vurğulanıb ki, Saziş beynəlxalq ikiqat vergitutmanın hüquqi sahəsində yaranan ümumi problemlərin və vəzifələrin həllində vahid formadır. Vergi qanunvericiliyi sahəsində Qırğızıstanla Azərbaycan arasında münasibətlərdə ümumi yanaşmanı inkişaf etdirməyə imkan verir.
Qeyd olunub ki, Saziş Qırğız Respublikasında ticarət dövriyyəsinin və Azərbaycan investisiyalarının həcminin artırılmasına kömək edəcək.
Azərbaycanın Qırğızıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 5,4 milyon ABŞ dolları, Qırğızıstanın Azərbaycana yatırdığı kapital qoyuluşlarının həcmi isə 5,54 milyon ABŞ dolları təşkil edir.
Azərbaycanda qeydiyyatdan keçmiş Qırğızıstan kapitallı 74 müəssisədən 23-ü fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
9 d. əvvəl
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
-
16 d. əvvəl
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
-
53 d. əvvəl
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
- 58 d. əvvəl
-
1 saat əvvəl
AFB Bank-ın aktivləri 79% artıb: Bank rəhbərliyi yeni hədəfləri açıqladı - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda dövlət xidmətlərinə süni intellekt gəlir – Yeni platforma yaradılacaq
-
1 saat əvvəl
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə hesab edir
-
2 saat əvvəl
Mərkəzi Bankdan kiçik banklara mesaj – Birləşmə və satınalma çıxış yolu ola bilər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
AFB Bank-ın aktivləri 79% artıb: Bank rəhbərliyi yeni hədəfləri açıqladı - MÜSAHİBƏ
Özəl şirkət dövlət şirkətlərini geridə qoyub
Ən çox oxunanlar
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə hesab edir
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir
İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb




























