Neft qiymətləri ABŞ-da inflyasiyanın düşməsi və artan tələbat səbəbindən yüksəlir
Cümə günü Asiyada neft qiymətləri erkən ticarət saatlarında yüksəlib.
Marja xəbər verir ki, bu artım dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da güclü yay tələbi və inflyasiyanın azalması əlamətləri ilə əlaqələndirilir.
Brent markalı neftin fyuçersləri 0,4% artaraq 85,77 dollar/barelə, ABŞ-ın Qərbi Texas xam neftinin(WTI) fyuçersləri isə 0,6% artaraq 83,12 dollar/barelə çatıb.
Həm Brent, həm də WTI fyuçersləri əvvəlki iki seans ilə müqayisədə bahalaşsalar da, Brent ardıcıl dörd həftəlik qazancdan sonra həftəlik müqayisədə təxminən 1% ucuzlaşıb.
ABŞ-da açıqlanan yanacaq istehlakı məlumatları güclü tələbata işarə edir, benzin istifadəsi çərşənbə axşamı bitən həftədə gündə 9,4 milyon barrelə çatıb Bundan əlavə, təyyarə yanacağına tələbin dörd həftəlik orta həcmi 2020-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə yüksəlib.
Yanacağa tələbatın artması ABŞ neft emalı müəssisələrini əməliyyatlarını artırmağa və xam neft ehtiyatlarını azaltmağa sövq etməklə neft qiymətlərinin dəstəklənməsində rol oynamışdır.
Cümə axşamı ABŞ hökumətinin məlumatları iyun ayı üçün istehlak qiymətləri indeksinin gözlənilməz enişini ortaya qoyub. Bu xəbər Federal Ehtiyat Sisteminin (FED) yaxın gələcəkdə faiz dərəcələrini aşağı salmağı düşünə biləcəyi gözləntilərini gücləndirib ki, bu da əmtəə sektoruna müsbət təsir edir.
Analitiklərə görə, yumuşaq pul siyasəti gözləntiləri bazar əhval-ruhiyyəsini artırdır. Bundan əlavə, cümə günü ardıcıl üçüncü aydır ucuzlaşan ABŞ dollarının zəifləməsi əmtəəni investorlar üçün daha cəlbedici edib və sentyabrda ABŞ-ın mümkün faiz endirimi gözləntilərini artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
33 d. əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
48 d. əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
1 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)







