Azərbaycan şirkəti Özbəkistanda 29,3 milyon dollarlıq tenderdə qalib oldu
Özbəkistan Respublikasının “Amudarya rayonunun su sistemlərinin yenidənqurulması” layihəsi üzrə Asia İnkişaf Bankı tərəfindən keçirilən tenderin qalibi elan olunmuşdur.
Bir neçə beynəlxalq və yerli Şirkətlərin - China Civil Engineering Construction Corporation, China National Aero Technology İnternational Engineering Corporation, Hisorakgidro Qurilish LLC, JV Rakurs Sevice LLC və Esco Group, Stecol Corporation və Yangi Avlod Qurilish - iştirak etdiyi tenderdə Azərbaycan şirkəti ArchiCO Engineering Company qalib elan olunmuşdur.
Layihə çərçivəsində Amudarya rayonunun mərkəzi olan Manqit şəhəri və 18 yaşayış məntəqəsi su ilə təmin olunacaqdır. İnşa olunacaq magistral və paylayıcı xəttlərin ümumi uzunluğu 530 km təşkil edir. İlkin hesablamalara görə 12 mindən yuxarı abonent su ilə təmin olunacaqdır. Bundan əlavə su paylayıcı məntəqələrin, rezervuarların, nasos stansiyalarının, digər köməkçi qurğuların tikintisi, həmin ərazilərin elektrik infrastrukturunun yenilənməsi nəzərdə tutulur. Yeni çəkiləcək su şəbəkəsi SCADA tipli avtomatlaşdırılmış idarəetmə sistemi ilə təmin olunacaq. Amudarya rayonun su təminatı idarəsi üçündə yeni inzibatı bina, qaraj, emalatxana və digər qurğular inşa olunacaqdır. Layihənin ümumi qiyməti 29,3 mln dollar təşkil edir. Layihə Asia İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Tikinti işləri artıq başlanılmışdır.
ArchiCO Engineering Company Azərbaycandada su və kanalizasiya infrastrukturunun tikintisində böyük təcrübəyə malikdir. Şamaxı, Ağdaş, Qəbələ, Samux şəhərlərinin, Abşeron ərazisində bir çox yaşayış məntəqələrinin su və kanalizasiya sistemlərinin yenidənqurulması işlərini həyata keçirən Şirkət qazandığı təcrübədən beynəlxalq layihələrdədə uğurla istifadə etməyi qarşısına məqsəd qoymuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 5 d. əvvəl
- 31 d. əvvəl
- 37 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
- 54 d. əvvəl
-
57 d. əvvəl
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Google-un sahibi “Alphabet”in gəliri 25% artıb, xalis mənfəəti isə 25% azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
"Valyuta bazarına əlavə 0,5 - 1 milyard dollar civarında alış yönümlü müdaxilə edəcəyimizi gözləyirik"
Ən çox oxunanlar
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Yeni Ombudsman seçiləcək
Azərbaycana xaricdən pul axınında müsbət fərq böyüyüb – 70 faizlik artım, 830 milyon dolları keçib



























