Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri kəskin azalıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu 01 avqust 2024-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
Qeyd edilbi ki, 2024-cü ilin 7 ayı ərzində (yanvar-iyul) AÇG yatağından 3 milyard 607,7 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 364 milyon 465 min ABŞ dolları olmaqla cəmi 3 milyard 972 milyon 165 min ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 113 milyon 878 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Dövlət Neft Fondu 2023-cü ilin 7 ayı ərzində AÇG yatağı üzrə 4 milyard 158 miylon ABŞ dolları, Şahdəniz yatağı üzrə 1 milyard 141 milyon ABŞ dolları olmqla cəmi 5 milyard 299 milyon ABŞ dolları gəlir əldə etmişdir. Beləliklə, bu il Fondun Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirləri 1 milyard 327 milyon ABŞ dolları və ya 25% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 6 d. əvvəl
- 32 d. əvvəl
- 38 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
- 55 d. əvvəl
-
58 d. əvvəl
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Google-un sahibi “Alphabet”in gəliri 25% artıb, xalis mənfəəti isə 25% azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
"Valyuta bazarına əlavə 0,5 - 1 milyard dollar civarında alış yönümlü müdaxilə edəcəyimizi gözləyirik"
Ən çox oxunanlar
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Yeni Ombudsman seçiləcək
Azərbaycana xaricdən pul axınında müsbət fərq böyüyüb – 70 faizlik artım, 830 milyon dolları keçib



























