Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar aşkarlayıb
Səhiyyə Nazirliyinin icra etdiyi “Qəbələ rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində "Nəzərdə tutulmayan işlər və xərclər üzrə ehtiyat vəsait"in istifadə olunmayan hissəsinin müqavilədə və yerinə yetirilmiş işlərin qəbulu aktında işlərin dəyərinə əlavə edilməsi hesabına işlərin dəyərinin 1-ci mərhələ üzrə 256 869 manat, 2-ci mərhələ üzrə 82 440 manat, ümumilikdə 339 309 manat artırılmasına və podratçıya artıq ödənilməsinə səbəb olub.
Bu barədə Hesablama Palatasının nazirlikdə keçirdiyi auditin nəticələrində bildirilir.
"Auditlə layihəi üzrə dövlət əsaslı vəsait qoyuluşundan müvafiq sərəncamlarla ayrılan ümumilikdə 46,631 milyon manat məbləğində vəsait əhatə olunub", - deyə Palatanın rəyində qeyd olunub.
"1-ci mərhələ üzrə bazis qiymətləri ilə tikintinin dəyərinin müəyyənləşdirilməsində smeta üzrə 4 bölmədə işlərə vahid qiymət normasının düzgün tətbiq edilməməsi işlərin ehtimal dəyərinin artması ilə yanaşı satınalma məbləğinin və yerinə yetirilmiş işlərin dəyərinin ümumilikdə 542 173 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.
1-ci və 2-ci mərhələlərin layihə-smeta sənədlərində əsassız olaraq küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinə vəsait nəzərdə tutulması, habelə satınalma sənədlərinə və yerinə yetirilmiş işlərin qəbulu aktına daxil edilməsi işlərin dəyərinin 1-ci mərhələ üzrə 55 072 manat, 2-ci mərhələ üzrə 43 860 manat, ümumilikdə 98 933 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.
1-ci və 2-ci mərhələlər üzrə smeta və satınalma müqaviləsində nəzərdə tutulan işlərlə müqayisədə yerinə yetirilmiş işlərin qəbulu aktlarında həcmləri azaldılıb və icra edilməyən bəzi işlərin əvəzinə smeta və satınalma müqaviləsində nəzərdə tutulmayan, dövlət ekspertizasından keçməyən daxil edilmiş işlərin bazis qiymətləri ilə dəyəri çıxarılmış işlərin dəyərindən az olduğu halda bərabər götürülməsi hesabına işlərin ümumi dəyəri qənaət məbləğləri nəzərə alınmaqla 1-ci mərhələ üzrə 57 437 manat, 2-ci mərhələ üzrə 454 041 manat, ümumilikdə isə 511 478 manat artırılıb və podratçıya artıq ödənilib", - deyə Palata bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 5 d. əvvəl
- 31 d. əvvəl
- 37 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
- 54 d. əvvəl
-
57 d. əvvəl
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Google-un sahibi “Alphabet”in gəliri 25% artıb, xalis mənfəəti isə 25% azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
"Valyuta bazarına əlavə 0,5 - 1 milyard dollar civarında alış yönümlü müdaxilə edəcəyimizi gözləyirik"
Ən çox oxunanlar
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Yeni Ombudsman seçiləcək
Azərbaycana xaricdən pul axınında müsbət fərq böyüyüb – 70 faizlik artım, 830 milyon dolları keçib


























