Kakao istehsalının artmasına baxmayaraq qiymətləri kəskin düşməyəcək
Yaz aylarında bir tonu rekord həddə - 12 min dollara yüksələn kakao qiymətlərinin bu il kəskin ucuzlaşacağı ehtimalı yoxdur.
Marja xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .
Məlumata görə, daha əlverişli hava şəraiti dünya üzrə kakao lobyası istehsalının təxminən 10% artmasına gətirib çıxaracaq. Lakin ağaclara mənfi təsir edən xəstəliklərin yayılması çətin ki, əvvəlki qiymətlərə qayıtmağa imkan versin. Bloomberg-in rəyinə istinad edən "Fitch Solutions" analitiklərinin fikrincə, kakao fyuçerslərinin qiyməti bir ton üçün 11 min dollardan 7 min dollara düşə bilər, halbuki son on ildə bu məhsulun orta qiyməti 2 min dollardan aşağı idi.
Qiymətləri nisbətən yüksək səviyyədə saxlayan digər amillər kakao ixrac edən ölkələrin hakimiyyət orqanlarının onun istehsalına xarici investisiyaların cəlb edilməsinə mane olan siyasətidir. Bu ölkələrə ilk növbədə Qana və Kot-d'İvuar daxildir. Kakao bazarının digər əsas oyunçuları arasında son qiymət artımlarından faydalanan Kamerun və Nigeriya da əvvəlki qiymət trendinin davam edəcəyinə ümid etməklə istehsalın artacağını gözləyir.
2023-2024-cü kənd təsərrüfatı ilində kakao paxlasının qlobal istehsalının əvvəlki ilə müqayisədə 11% (4,45 milyon tona qədər) azalacağı gözlənilir. Dünya bazarında kakao paxlasının qıtlığı qiymətlərin kəskin bahalaşmasına səbəb olub, pik səviyyə aprelin ikinci yarısına təsadüf edib (qiyməti 12 min dollara çatmışdı) Sonra tələbin azalması səbəbindən qiymətlər zəifləməyə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
16 d. əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
31 d. əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
55 d. əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)











