“Sea Breeze” kurort şəhəri layihəsinə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir
Avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “LANDAU School” Təhsil Kompleksinin məktəbinin və “The Grand” apart hotelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.
“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Prezident İlham Əliyevə görülən işlər, o cümlədən “Sea Breeze”in əsas layihələri - 231 şagird üçün nəzərdə tutulmuş “LANDAU School” Təhsil Kompleksinin “Sea Breeze”dəki məktəbi və 450 şagird üçün nəzərdə tutulmuş “SABAH.school” barədə məlumat verib.
Bildirilib ki, məktəb binalarında kompüter sinifləri, psixoloq kabineti, laboratoriyalar, açıq və qapalı idman meydançaları var. Təlim Britaniya kurikulumuna uyğun olaraq ingilis dilində aparılır. LANDAU Məktəb kompleksinin ərazisində orta ümumi təhsillə yanaşı, məktəbəqədər təhsil üçün ayrıca bina da var. Ümumilikdə, təhsil kompleksi 1100-dən çox şagird üçün nəzərdə tutulub.
Ərazidəki ən böyük apart hotel - “The Grand” da istifadəyə verilib.
Diqqətə çatdırılıbı ki, bura il boyu yaşamaq və ya kirayə vermək üçün nəzərdə tutulmuş 224 mənzil və 3 penthausdan ibarətdir. Təmirli 100 mənzil əşyalarla birlikdə artıq satılıb. Apart hotelin ərazisində iki hovuz, üç restoran, konfrans zalı, butiklər, SPA mərkəzi və qəbul xidməti fəaliyyət göstərir.
Qeyd olundu ki, ekoloji cəhətdən təmiz, müasir və memarlıq həlləri baxımından texnoloji layihə olan “Sea Breeze” gələcəyin şəhəri kimi inkişaf edir. Nəhəng layner formasında ilk mənzillərdən ibarət flaqman daşınmaz əmlak layihəsi olan “Caspian Dream Liner” süni adada tikiləcək. Bu nadir memarlıq quruluşu sayəsində “Sea Breeze” qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək. İrimiqyaslı layihə fondunun hazırlanması üzərində bir neçə memarlıq bürosu işləyir, o cümlədən dünyaşöhrətli memarlar cəlb olunur. Ekspertlər kurort şəhərini bu gün dünyada öz ərazisində bu qədər çoxlu sayda daşınmaz əmlakı birləşdirən yeganə layihə adlandırırlar.
“Sea Breeze”in beynəlxalq tərəfdaşları arasında nüfuzlu, qlobal hotel şəbəkələri var ki, onlar yaxın illərdə sahildə hotel kompleksləri açmağı planlaşdırırlar.
İl boyu yaşamaq, rahatlıq və yaxşı istirahət üçün hər cür şərait yaradılan “Sea Breeze”də beynəlxalq məktəb və LANDAU uşaq bağçası kimi təhsil müəssisələri, tibb ocaqları, biznes mərkəzi və tibbi-sağlamlıq kompleksi tikinti mərhələsindədir. Həmçinin ərazidə həm uşaqlar, həm də böyüklər üçün ustad dərsləri, mühazirələr və praktik məşğələlərin keçirildiyi incəsənət mərkəzi yerləşir.
Qeyd edək ki, “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb. Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.
Cari yay mövsümündə akvapark, lunapark və sirk, həmçinin kurort şəhərciyinin yaxınlığında yeni yaradılan pulsuz çimərlik zonası da daxil olmaqla, yeni çimərlik zonaları açılıb. Həmçinin ərazidə 1 milyona yaxın bitki və ağac əkilib. Hazırda yaşıllıqların sahəsi 150 hektara çatır.
Bu ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Sea Breeze” landşaft parkının salınması təşkil olunacaq – tədbirin qonaqları, Azərbaycanın və beynəlxalq şirkətlərin rəhbərləri, siyasətçilər və mədəniyyət xadimləri ağacların əkilməsində iştirak edəcəklər.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
15 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
6 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
6 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















