Neft, İsrailin İranın neft infrastrukturunu hədəfə almayacağı barədə xəbərdən sonra ucuzlaşır
İsrailin İranın xam neft infrastrukturunu hədəf alması ilə bağlı narahatlıqlar azaldığından neft ucuzlaşıb.Neft, İsrailin İranın xam neft infrastrukturunu hədəfə almaqdan çəkinə biləcəyi barədə xəbərdən sonra ucuzlaşıb və bu, hasilatın azalması ilə bağlı narahatlıqları azaldıb.
Marja.az xəbər verir ki, Brent markalı neft təqribən 3,5 faiz ucuzlaşaraq 74,75 dollara, ABŞ xam nefti isə 72 dollardan aşağı düşüb (Bakı vaxtı ilə saat 11:00-a olan məlumat).
"İsrailin baş naziri Benyamin Netanyahu Bayden administrasiyasına neft və ya nüvə obyektlərinə deyil, İrandakı hərbi obyektlərə hücum etməyə hazır olduğunu deyib", - "Washington Post" məsələ ilə tanış olan iki rəsmiyə istinadən yazıb.
Çin də daxil olmaqla əsas bazarlarda iqtisadi artımın yavaşlaması ilə bağlı narahatlıqlar da neft qiymətlərinin aşağı düşməsinə səbəb olur.
Xam neftin qiymətləri son həftələrdə sürətlə qalxmışdı. Çünki qlobal tədarükün təxminən üçdə birinə ev sahibliyi edən Yaxın Şərqdə vəziyyət, oktyabrın 1-də İrandan raket hücumuna görə İsrailin qisas alacağını vəd etməsindən sonra daha da gərginləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
7 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
7 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
7 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
9 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























