Avropa İttifaqı Çin elektromobillərinə 45,3%-dək vergi tətbiq edir
Avropa İttifaqı (Aİ) Çin istehsalı olan elektromobillərə 35,3 faizədək əlavə gömrük rüsumları tətbiq edib. Vergilərin oktyabrın 30-da Aİ-nin rəsmi portalında dərc ediləcəyi və oktyabrın 31-dən etibarən bu verginin toplanacağı gözlənilir.Avropa İttifaqı (Aİ) Komissiyası Çində istehsal edilən elektrik avtomobillərinə dair subsidiyaya qarşı araşdırmasının tamamlandığını və 5 il ərində bu ölkədən Avropa İttifaqına idxal edilən elektromobillərə yüksək anti-subsidiya vergilərinin tətbiq edildiyini açıqlayıb.
Marja xəbər verir ki, açıqlamada, araşdırma nəticəsində Çində elektrikli avtomobil dəyər zəncirinin ədalətsiz subsidiyalardan faydalandığı və bunun Avropadakı istehsalçılara iqtisadi ziyan vurduğu müəyyən edilib.
Açıqlamada, əlavə vergilərin Avropa İttifaqı Rəsmi Portalında dərc edildikdən bir gün sonra tətbiq ediləcəyi və bu prosesdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun bir həll tapılması üçün səylərin davam etdiriləcəyi qeyd edilib.
Açıqlamada Tesla-nın Çində istehsal etdiyi modellərə 7,8%, BYD-nin modellərinə 17%, Geely-nin modellərinə 18,8%, araşdırma ilə əməkdaşlıq edən istehsalçıların modellərinə 20,7%, SAIC və əməkdaşlıq etməyən digər şirkətlərin modellərinə isə 35,3% əlavə vergi tətbiq ediləcəyi vurğulanıb. 4 iyuldan etibarən tətbiq edilən müvəqqəti vergilər alınmayacaq.
Son illərdə Avropa ölkələrində satılan elektrik avtomobillərində Çin istehsalçılarının payı sürətlə artır. Çində istehsal olunan aşağı qiymətli və subsidiyalı elektrik avtomobillərinin satışları rəqiblərini qabaqlayır.
Aİ Komissiyası iyul ayında Çində istehsal olunan elektrik avtomobillərinin Birliyə üzv ölkələrə idxalına müvəqqəti əlavə vergilər tətbiq etməyə başlayacağını açıqlamışdı. Qərardan əvvəl Aİ Çindən idxal edilən elektriklə işləyən avtomobillərə 10 faiz vergi tətbiq edirdi.
Müəyyən edilmiş son vergi dərəcələri cari 10 faizlik vergiyə əlavə olunacaq.
Ümumilikdə 45,3%-ədək olan vergilərin oktyabrın 30-da Aİ-nin rəsmi portalında dərc olunması və oktyabrın 31-dən toplanmasına başlanacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
1 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
1 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
1 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
4 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























