Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
TCMB-nin Pul Siyasəti Komitəsi 2024-cü ilin 11-ci iclasını keçirəcək və faiz qərarını açıqlayacaq.Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, TCMB-nin əsas faiz dərəcəsini 50% səviyyəsində dəyişməz saxlayacağı gözlənilir.
Türkiyə Mərkəzi Bankı sərt pul siyasəti çərçivəsində yüksək faiz dərəcəsini tətbiq etməkdə davam edir. TCMB faiz dərəcəsini mart ayında 50 faizə qaldırıldıqdan sonra bu günə qədər sabit saxlayıb.
İş dünyasının bəzi seqmentləri yüksək faiz dərəcələrindən şikayətlənirlər. Bazarlar faiz dərəcəsinin bu gün də veriləcək qərar ilə sabit qalacağını gözləsələr də, dekabr ayında endirimin olub-olmayacağı ilə bağlı mesaj axtaracaqlar.
Bir sıra iqtisadçılar dekabr ayında TCMB-nin faizini endirməsi üçün yerin olduğunu qeyd edirlər. Əgər məlumatlar xidmət qiymətlərindəki artımın daha da yavaşladığını göstərməsi halında dekabrda faizlərin azaldılması baş bilər.
Əksər iqtisadçılar hesab edirlər ki, Türkiyə Mərkəzi Bankı inflyasiyada azalmanın qalıcı olduğuna əmin olmamış faiz endiriminə başlamayacaqdır. Onlar TCMB-nin 2025-ci ildə faiz indiriminə başlaya biləcəyini qeyd edirlər.
İqtisadçı Timothy Ash, "Faiz dərəcələrinin azaldılmasında erkən hərəkət etməyin səhv bir qərar olacağını düşünürəm" deyib. Ash, inflyasiyanın hələ də yüksək olduğunu və minimum əməkhaqqı artımı ilə gələcək təzyiqin məlumatlara əks olunması lazım olduğunu və endirimin yanvar ayına qədər gözlənilməsi lazım olduğunu bildirib.
Deutsche Bank Global Macro-nun vitse-prezidenti Ozan Tarman verdiyi açıqlamada yanvar ayında Mərkəzi Bankdan faiz endirimi gözlədiklərini qeyd edərək, "Deutsche Bankın Mərkəzi Bankdan faiz endirimi ilə bağlı rəsmi təxmini yanvar ayıdır. Bazarlarda Dekabrdan danışanlar var, amma əksər gözləntilər Yanvar ayıdır. Minimum əməkhaqqı önəmlidir, Fed-in dekabrda nə edəcəyi önəmlidir" deyib.
Bank of America investorları üçün hazırladığı hesabatda TCMB-nin dekabr ayında faiz endirimi edəcəyi ehtimalı olmasına baxmayaraq, bunun yanvar ayına qədər uzana biləcəyini qeyd edib.
Hesabatda qeyd edilib ki, son inflyasiya sürprizləri səbəbindən tələsik qərar qəbul olunmaya bilər. Həmçinin vurğulanıb ki, minimum əməkhaqqının artımı yüksək olarsa, yanvarda fasilənin verilməsi ehtimalı nəzərdən keçirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 3 d. əvvəl
-
20 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 38 d. əvvəl
-
52 d. əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®

























