Çin kapitallı şirkət Azərbaycanda keramoqranit istehsalına başladı
Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıbİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC tərəfindən yeni məhsul istehsalına başlanılıb.
Marja.az Agentliyə istinadən xəbər verir ki, zavodda ilk dəfə olaraq qəlbli keramik plitələrin (sürüşməyən keramoqranit) istehsalına başlanılıb.
Hazırda yeni məhsulun 3 ölçüdə (60x60 sm, 60x120 sm, 30x60 sm) istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar əsasən evlərin çöl sahələrində istifadə edilir.
Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC 2023-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. İndiyədək müəssisədə 60 milyon manatdan çox məhsul satışı həyata keçirilib, bunun da 1,85 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal olunan məhsullar Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
11 d. əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 42 d. əvvəl
-
59 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Ən çox oxunanlar
Noyabrın 26-da gözlənilən hava şəraiti
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®

























