1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib
14 dekabr 2024-cü il tarixində Arena Hall by Green City-də Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə 1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib.
Tədbirdə APFM-in sıx əməkdaşlıq etdiyi dövlət və özəl qurumların-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Neft fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər dövlət qurumlarının nümayəndələri , eləcə də APFM korporativ üzvləri-ictimai əhəmiyyətli qurumlar- SOCAR, Azərişıq, Azərenerji, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərsun, Azfen, Paşa Bank, Kapital Bank, ABB, Xalq Bank, Bank Respublika, Yelo Bank və digər təşkilatların əməkdaşları, APFM-in fərdi üzvləri - 150-dən çox təşkilatın maliyyə menecerləri və peşəkar mühasibləri iştirak ediblər.
Tədbirin açılışı xüsusi hazırlanmış videoçarxla başladı. Videoçarxda APFM-in yaranma tarixi, fəaliyyəti və nailiyyətləri əks etdirilib.
APFM ailəsinin fəxri üzvü- akademik Ziyad Səmədzadə açılış nitqi ilə çıxış edib. O öz çıxışında tədbirin əhəmiyyətini vurğulayıb və iştirakçılara təşəkkürünü bildirib.
APFM-in üzv olduğu IFAC- Beynəlxalq Mühasiblər Federasiyasının rəhbərliyi tərəfindən göndərilmiş təbrik videoçarxı nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları APFM üzvlərinin uğurla başa vurduğu 2024-cü ilin mühüm hadisələrini əks etdirən videoçarxı izləyiblər.
Daha sonra tədbirin ən gözlənilən anı – 1-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib. Mükafatları APFM-in idarə heyətinin sədri Nuriyyə Novruzova təqdim edib. O, tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib və hər bir qalibin peşəkarlıq yolunda göstərdiyi səyləri yüksək qiymətləndirib.
APFM AWARDS mükafatlandırma mərasimi peşəkarlar üçün yeni uğurların başlanğıcı olmaqla yanaşı, peşəkarlıq, innovasiya və liderliyin göstəricisidir. Tədbirin hər il keçirilməsi nəzərdə tutulur.
Təqdim olunmuş mükafatlar:
For Contribution to Economic Enlightenment - Ziyad Səmədzadə, APFM Məsləhət Şurasının üzvü, akademik
Partner of the Year 2024 - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Financial Director of the Year 2024 - Namig Orujov, Azərişıq ASC, Maliyyə direktoru
Financial Manager of the Year 2024 - Səidə Əliyeva, Mərkəzi Neftçilər xəstəxanasının Maliyyə Meneceri
Chief Accountant of the Year 2024- İmaməli Həsənov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Maliyyə və uçot departamentinin rəis müavini
Accounting Specialist of the Year 2024 - Qabil İsmayılov, “Azərenerji”-nin baş mühasibi
Finance Professional of the Year 2024- Bəxtiyar Səmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Maliyyə şöbəsi, Əməliyyatlar və mühasibat uçotu sektorunun müdiri
Risk Manager of the Year 2024 - Ramil Bayramov, APFM Risk komitəsinin sədri, SOCAR Karbamid zavodu, Risklərin idarə olunması üzrə menecer
Financial Analyst of the Year 2024 - Orxan Seyidzadə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Maliyyə şöbəsinin maliyyə hesabatlarının icmallaşdırılması sektorunun müdiri
Tax Manager of the Year 2024- Rəşad Əhmədov, APFM Qanunvericilik Komitəsinin sədri, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi Qanunvericiliyi şöbəsinin rəisi
Budget Manager of the Year 2024- Sənan Fətəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə Departamenti, Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin baş məsləhətçisi
Professional Accountant of the Year 2024- İlqar Eyyubov, Mpay şirkətinin Maliyyə direktoru
Internal Auditor of the Year 2024- Ilkin Ismayilli, APFM Komitə üzvü, Azərpoçt MMC-nin daxili auditoru
Financier of the Year 2024- Emin Kazımov, APFM Komitə üzvü, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Maliyyə və Təsərrüfat departamentinin müdiri
Training Centre of the Year 2024 - Finans Academy
Tutor of the Year 2024- Aslan Məcidov, APFM-in Komitə üzvü və peşəkar təlimçisi
Consultant of the Year 2024 - Fuad Cavadov, Proqres Balans konsaltinq şirkətinin baş direktoru, APFM Komitə üzvü
Member of the Year 2024 - Mariya Həmzəbəyova
Company of the Year 2024 –Baku Oxford School
Bank of the Year 2024 - Bank Respublika
Finansist Interviewer of the Year 2024- Ramil Qədirov, SOCAR Neft qaz elmi tətqiqat layihə İnstitutu, İqtisadiyyat və uçot departamentinin rəis müavini
Student of the Year 2024-Sədaqət Süleymanova
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
19 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
2 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
2 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















