“ABAD” 2024-cü ili 2,8 - 2,9 milyon manatlıq satış həcmi ilə başa vuracaq"
“ABAD” təşəbbüsünə vətəndaşların minimum risklə mikro və kiçik bizneslə məşğul olmasına imkan verən şəraitin yaradılması, habelə dövlət dəstəyinin səmərəliliyinin artırılması məqsədilə start verilib. “ABAD” “ASAN xidmət” kimi tanınan hökumət strukturunun tabeliyində yaradılıb.“Ötən dövr ərzində “ABAD”ın fəaliyyətini uğurlu və faydalı kimi qiymətləndirirəm”.
Bunu “ABAD”ın sədri Rüfət Elçiyev bildirib.
O deyib ki, təşkilat ümumilikdə mərkəzin 640 üzvünə xidmət göstərib və hazırda mərkəzə qoşulanlarla 517 aktiv müqavilə var. Onlardan 309 iştirakçı və ya 60 faizi “ABAD”ın dəstəyi sayəsində rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.
“Layihədə hər il minlərlə vətəndaşın iştirakı sayəsində ölkədə 3 milyon manata yaxın əlavə məhsul istehsal olunur və bu rəqəm ildən-ilə artaraq idxaldan asılılığı azaldır. Suvenir məhsulları da mühüm rol oynayır. Satışın həcmi illik 1 milyon manatdır və alıcıların böyük hissəsi xarici turistlərdir ki, bu da faktiki olaraq ixraca bərabərdir. Bu gün iştirakçılarımızın 76 faizini sənətkarlar təşkil edir ki, bu da Azərbaycanın sənətkarlıqla bağlı qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına öz töhfəsini verir”, - deyə sədr bəhs edib.
Rüfət Elçiyevin sözlərinə görə, layihə iştirakçıları arasında Bakı lider mövqe tutur və ümumi həcmin 54 faizini təşkil edir.
“Regionlar da müxtəlif və rəqabətqabiliyyətli biznes layihələri yaratmağa imkan verən unikal xüsusiyyətlərə və resurslara malikdir. Hazırda üzvlərimizin 46 faizi ölkənin bütün iqtisadi rayonlarını təmsil edir”, - deyə həmsöhbətimiz əlavə edib.
Rüfət Elçiyev 2024-cü ili təşkilat üçün uğurlu hesab edir. 2024-cü ilin 11 ayı üzrə göstəricilər onu deməyə imkan verir ki, il 2,8-2,9 milyon manatlıq satış həcmi ilə başa vurulacaq.
“Bizim bütün səylərimiz müstəsna olaraq iştirakçıların sayını və onların məhsullarının satış həcmini artırmağa yönəlib. Bu kontekstdə 2025-ci ildə 3 milyon manatlıq satış həcmini keçərək bu istiqamətdə işi davam etdirəcəyik”, - deyə sədr yekunlaşdırıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Böyük bankdan yeni dollar proqnozu
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir




























