"Yapı Kredi Bank Azərbaycan" 25 illik yubileyini qeyd edir - BANKIN SƏDRİNDƏN TƏBRİK MESAJI
"Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinin sədri tərəfindən təbrik mesajı: 25 ilin təcrübəsi ilə dayanıqlı inkişaf yolu
Hörmətli müştərilərimiz, dəyərli əməkdaşlarımız və dəyərli tərəfdaşlarımız,
2000-ci ildən etibarən fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan bu il 25 illik yubileyini qeyd edir. Bu müddət ərzində etibarlılıq, peşəkarlıq və innovasiyalara açıqlıq prinsipləri ilə ölkəmizin bank sektorunda önəmli bir mövqe əldə etmişik. Bu nailiyyətlərdə müştərilərimizin və əməkdaşlarımızın töhfəsi böyükdür.
Əsas səhmdarımız Yapı Kredi A.Ş.-nin dəstəyi ilə müştərilərimizə 8 filial, 1 şöbə, 24/7 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet və Mobil Bankçılıq məhsullarımız vasitəsilə daim yenilikçi həllər təqdim etməyə davam edirik.
Türkiyə bazarında mübahisəsiz lider mövqeyini qoruyan kredit kartı olan Worldcard-ı ölkəmizdə 2012-ci ildən etibarən təqdim etməyimizlə fəxr edirik.
Bununla yanaşı, 2014-cü il tarixində çoxfunksiyalı İnternet və Mobil Bankçılıq platformamız müştərilərimizin maliyyə əməliyyatlarını daha rahat və sürətli yerinə yetirmələri üçün istifadəyə verilmişdir
Həmçinin, Mobil Bankçılıq xidmətimizə “Asan İmza” texnologiyasını ilk dəfə inteqrasiya edərək müasir texnologiyanın üstünlüklərini müştərilərimizə təqdim etmişik.
Son 25 il ərzində qeyri-neft sektorunun kreditləşməsinə verdiyimiz diqqət ilə yüzlərlə müəssisəni dəstəkləmişik və iri infrastruktur layihələrinin maliyyələşdirilməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermişik. İşğaldan azad edilmiş torpaqların bərpası istiqamətində maliyyə həllərimizi genişləndirərək həmin bölgələrdə iqtisadi fəallığın artırılmasına dəstək olmağa davam edirik.
Əsas səhmdarımız, Türkiyənin ən böyük holdinqlərindən biri olan Koç Holdinqin sahib olduğu Yapı Kredi A.Ş.-nin qabaqcıl təcrübəsini ölkəmizə gətirərək müştərilərimizə daha sadə və innovativ həllər təqdim edirik və rəqəmsal transformasiya sahəsində inkişafımızı davam etdirməyi planlaşdırırıq.
Dayanıqlılıq prinsipləri Yapı Kredi Bank Azərbaycan üçün fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bankımız, ölkədə ISO 14001:2015 və ISO 14064 sertifikatlarını əldə edən ilk bank olmuşdur.
Yapı Kredi Bank Azərbaycan İngiltərənin nüfuzlu Global Banking and Finance Review jurnalı tərəfindən “Ən Etibarlı Bank 2018” mükafatına layiq görülmüşdür. Bu mükafat bankımızın yüksək xidmət standartlarının və müştəri məmnuniyyətinin bir göstəricisidir.
25 illik uğurlu fəaliyyətimiz bizi gələcəyə daha inamla addımlamağa ruhlandırır, Yapı Kredi Bank Azərbaycan olaraq Azərbaycan dövlətinin dayanıqlı inkişaf strateqiyasına, bankımızın innovasiya və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq müştərilərin etimadını doğrultmağa davam edəcəyik.
Hörmətlə,
Cenk Yüksel
İdarə Heyətinin Sədri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"





















