BYD dünyanın ən böyük avtomobil daşıyan gəmisini suya buraxıb
BYD, 9200 avtomobil tutumuna malik və ekoloji cəhətdən təmiz texnologiyalarla təchiz edilmiş "BYD Shenzen" gəmisini istifadəyə verib. Bu gəmi, dünyanın ən böyük nəqliyyat vasitəsi daşıma qabiliyyətinə malik gəmisidir.Çinin elektromobil nəhəngi BYD (Build Your Dreams) dördüncü ro-ro (roll-on/roll-off) gəmisini istifadəyə verib.
Marja.az xəbər verir ki, 9200 nəqliyyat vasitəsini daşımaq qabiliyyətinə malik gəmi dünyanın ən böyük avtomobil daşıyan gəmisi adını alıb.
2024-cü ildə əvvəlki illə müqayisədə 40% artımla elektromobil satan BYD, qlobal bazarlarda böyük sürətlə genişlənir. Bu satışlara tam elektriklə işləyən avtomobillər (Electric Vehicle-EV) və plug-in hibrid avtomobillər (Plug-in Hybrid Electric Vehicles-PHEV) daxildir. BYD-nin bu uğuru ona Ford, Honda və Nissan kimi bir çox ənənəvi avtomobil nəhənglərini geridə qoymağa imkan verib.
"BYD Shenzen" şirkətin donanmasına qoşulan dördüncü avtomobil daşıyıcı gəmisidir və onun xarici bazarlara ixracını sürətləndirməsi planlaşdırılır.
Son iki ildə 4 ro-ro gəmisi
BYD son iki ildə 4 böyük ro-ro gəmisini istismara verməklə xarici bazarlarda effektivliyini artırmağı bacarıb. Birincisi - "BYD Explorer No. 1" 2024-cü ilin yanvarında istifadəyə verilib və nəqliyyat vasitələrini İspaniya, Almaniya kimi əsas Avropa bazarlarına və Braziliyaya daşıyır. "BYD Changzhou" gəmisi 2024-cü ilin dekabrında istifadəyə verilib. Keçən həftə fəaliyyətə başlayan "BYD Hefei" ilk səfərində 5000 yeni elektromobil daşıyıb.
Bu gəmilərin hər biri təqribən 7000 nəqliyyat vasitəsi daşıma qabiliyyətinə malikdir, "BYD Shenzen" isə bu tutumu 9200 avtomobilə çatdıraraq dünyanın ən böyük avtomobil daşıyan gəmisi olub. BYD 2024-cü ilə qədər Yaponiya, Cənubi Koreya, Avropa, Sinqapur və Tayland kimi bazarlara daha sürətli çıxış təmin edərək bu gəmilərlə ixracını artırmağı hədəfləyir.
ABŞ-da Tesla-nı, Yaponiyada Toyota-nı üstələyir və Hyundai-yə meydan oxuyur
2023-cü ildə 1,77 milyon ədəd elektrik avtomobili istehsal edən BYD, təxminən 4500 ədəd daha çox istehsal ilə Tesla-nı geridə qoyaraq, dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olub. Tesla 2024-cü ildə 1,78 milyon ədəd avtomobil sataraq tam elektrik avtomobil tədarükündə BYD-ni az fərqlə ötüb.
Çin bazarında artan rəqabət və yerli rəqiblərin inkişafı ilə üzləşən BYD yeni xarici bazarlara üz tutub. Yaponiyada Toyota-nı geridə qoyub və 2024-cü ildə ən çox elektrikli avtomobil satan marka olub. Bundan əlavə, Cənubi Koreya bazarına 20 min dollardan başlayan qiymətlərlə daxil olan BYD, Hyundai kimi yerli nəhənglərə meydan oxuyur.
Taylandda Yapon avtomobil istehsalçılarının bazar payı BYD-nin məşhurlaşması ilə 90%-dən 76%-ə ədər azalıb. Bu, BYD-nin bölgədəki təsirinin nə qədər böyük olduğunu ortaya qoyur.
Rəqiblərini birləşməyə məcbur edir
BYD 2025-ci ilə qədər qlobal bazardakı payını daha da artırmağı hədəfləyir. Şirkət Meksika, Braziliya, Avropa, Sinqapur və Tayland kimi ölkələrdə yeni avtomobillərini təqdim edərək böyümə strategiyasını sürətləndirəcək.
BYD-nin aqressiv böyümə planı sənayenin digər əsas oyunçularını hərəkətə keçməyə məcbur edir. Yaponiyanın avtomobil nəhəngləri Nissan və Honda, BYD-nin böyüməsinə cavab olaraq elektrikli avtomobillər üzərində əməkdaşlıq etmək qərarına gəliblər. Honda-nın Baş direktoru Toshihiro Mibe birləşmənin elan edildiyi mətbuat konfransında bildirib ki, buna əsas səbəb “yüksələn Çin gücünə” qarşı mübarizədir.
Ro-ro gəmisi nədir?
Ro-ro (roll-on/roll-off) gəmiləri təkərli nəqliyyat vasitələrinin (avtomobillər, yük maşınları, avtobuslar) öz mühərrikləri ilə minib enməsinə imkan verən nəqliyyat gəmisi növüdür. Bu gəmilər nəqliyyat vasitələrinin təhlükəsiz yüklənməsi və boşaldılması üçün eniş və göyərtə imkanları ilə dizayn edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























.jpg)
