2024-cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həllərdir.
2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109 müraciət daxil olub.
Agentliyin yaydığı məlumatda bildirilir ki, müraciətlərə “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən baxılıb və 65 KOB subyektinə “Startap” şəhadətbaməsi verilib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır.
“Startap” şəhadətnaməsi almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Qərara əsasən “Startap” şəhadətnaməsinin verilməsi 2021-ci ilin may ayından KOBİA tərəfindən həyata keçirilir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 d. əvvəl
-
29 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”



























