BYD, daha ucuz modellərinə “Tanrının Gözü” avtonom idarəetmə texnologiyasını əlavə edir
Markanın kütləvi modellərinə adətən lüks seqmentli avtomobillərdə olan xüsusiyyətlər olacaq.Elektromobil istehsalında ABŞ-ın Tesla şirkətinin ən böyük rəqibi olan Çin markası BYD, 9600 dollar qiymətinə satışa təqdim edəcəyi "Seagull" büdcə hetçbek modeli də daxil olmaqla, bütün avtomobil modelləri üçün inkişaf etdirdiyi yeni avtonom idarəetmə sistemini təqdim edib.
Marja xəbər verir ki, “Tanrının Gözü” (God's Eye) adlandırılan sistem tamamilə BYD-nin öz mühəndis komandası tərəfindən hazırlanıb və markanın kütləvi bazar modellərinə adətən lüks seqmentli avtomobillərdə olan uzaqdan parketmə və avtonom ötmə kimi qabaqcıl xüsusiyyətləri də əlavə edəcək.
“Avtonom sürücülük texnologiyası hər kəs üçün əlçatan olacaq”
BYD-nin baş direktoru Vanq Çuanfu (Wang Chuanfu) şirkətin Şençjendəki baş ofisində təqdimat zamanı çıxış edərək, avtonom idarəetmə texnologiyasının artıq hər kəs üçün əlçatan olduğunu vurğulayıb. "Qabaqcıl sürücüyə yardım sistemləri lüks deyil, təhlükəsizlik kəmərləri və təhlükəsizlik yastıqları kimi avtomobilin əsas xüsusiyyətinə çevrilir", - Vanq deyib.
Açıqlamalardan sonra BYD-nin Honq-Konqda səhmləri bahalaşıb. Şirkətin səhmləri keçən həftədən bəri 21 faiz dəyər qazanıb, çünki investorlar şirkətin avtonom sürücülük planları ilə bağlı yeniləmələri gözlədilər.
"S&P Global Mobility"nin analitiki Lu Daokuan qeyd edib ki, "Tanrının Gözü" sisteminin tətbiqi 150.000 yuandan (Renminbi RMB) aşağı olan avtomobillər üçün avtonom sürücülük bazarında əhəmiyyətli bir boşluğu doldurur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
4 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
4 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
5 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi











.webp)









