“Bu, həm investorlar, həm də təbiət üçün faydalıdır”
SOCAR yanvarın 15-dən etibarən yeni “yaşıl” təyinatlı istiqrazlarını dövriyyəyə buraxıb. Hazırda istiqrazlara abunə yazılışı davam edir. “Yaşıl” təyinatlı istiqrazların şərtləri, investorlara təqdim etdiyi üstünlüklər və digər istiqrazlardan əsas fərqləri barədə sualları "SOCAR Capital"ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu cavablandırdı:
– Ali bəy, xoş gördük. SOCAR növbəti – səhv etmirəmsə, üçüncü dəfə istiqrazlarını dövriyyəyə buraxdı. Yeni “yaşıl” təyinatlı istiqraz nədir? Əvvəlki istiqrazlardan fərqi nədən ibarətdir və investorlara hansı üstünlükləri təqdim edir?
– 2016 və 2021-ci illərdə dövriyyəyə buraxılan SOCAR istiqrazlarının şərtləri ilə müqayisə etsək, böyük fərq yoxdur. Yeni istiqrazlar da illik 6% gəlirlə, 5 illik müddətə buraxılır. Kupon ödənişləri isə hər 3 aydan bir həyata keçiriləcək. Fərq ondadır ki, buradan əldə olunan vəsait "SOCAR Green" şirkətinin ölkəmizdə bərpa olunan enerji resurslarının potensialını artırmaq məqsədi daşıyan layihə və investisiyalarına sərf ediləcək.
– İstərdim bunu misallarla izah edək. Məsələn, 1000 dollarlıq istiqraz almışamsa, il ərzində və 5 il müddətində ümumilikdə nə qədər gəlir əldə edəcəyəm və bu gəlirləri hansı müddətlərdə alacağam? Bundan əlavə, fiziki şəxslər də bu istiqrazları ala bilərmi?
– Bu istiqrazları həm hüquqi, həm də fiziki şəxslər əldə edə bilər. Bir sözlə, istiqrazları hər kəs ala bilər. İstiqrazların nominal dəyəri 1000 dollar təşkil edir və qeydiyyatdan keçmiş bütün investisiya şirkətlərindən, 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, eləcə də ABB, Birbank, Bank Respublika, PAŞA Kapital İnvestisiya Şirkətinin tətbiqlərindən əldə etmək mümkündür. Abunə yazılışı üçün son tarix 28 fevraldır, istiqrazların yerləşdirilməsi isə 7 mart tarixində həyata keçiriləcək.
İndi isə gəlirlərə baxaq. Əgər 1000 dollarlıq istiqraz almısınızsa, illik gəliriniz 60 dollar olacaq. Kupon ödənişləri hər 3 aydan bir həyata keçiriləcək və hər dəfə 15 dollar hesabınıza köçürüləcək. 5 il ərzində ümumi qazancınız 300 dollar təşkil edəcək.
– Belə bir sual vətəndaşları daha çox maraqlandırır: İstiqrazları istənilən vaxt satmaq mümkündürmü və satarkən vəsaitimizin dəyər itirmə ehtimalı varmı?
– Əvvəlki istiqraz təcrübələrimizdə belə bir problem yaşanmayıb. İlk istiqrazlarda SOCAR-ın zəmanəti olduğuna görə dəyər itirmə halı müşahidə edilmədi. Hətta SOCAR-ın zəmanətinin olmadığı ikinci istiqrazlarda belə, bu hal yaşanmadı. Bu, istiqrazlara olan inamın möhkəm olduğunu və kapital bazarlarımızın inkişaf etdiyini göstərir. “Yaşıl” istiqrazlarda da belə bir vəziyyətin yaşanacağını düşünmürəm.
Digər suala gəldikdə isə, bəli, istiqrazları istənilən vaxt satmaq mümkündür. Onları repo əməliyyatları vasitəsilə və ya banklara girov qoyaraq sata bilərsiniz.
Repo mənə istiqrazımı satmadan, lazımi məbləği əldə etmək imkanı verir. Beləliklə, istiqrazın gəlirlərini qoruyub saxlamaqla yanaşı, qısa müddətli maliyyə ehtiyaclarımı da qarşılaya bilirəm.
Həmçinin, istiqrazlarınızı girov qoyaraq bankdan kredit əldə etmək də mümkündür. Məsələn, 5%-lik kredit götürdükdə, 6%-lik istiqrazın illik gəliri hesabına effektiv olaraq 1% əlavə qazanc əldə edirsiniz.
– Azərbaycanlı investorların bu istiqrazlara marağı nə dərəcədədir? Ümumiyyətlə, mütəxəssis kimi kapital bazarlarımızın inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
– Son illərdə Azərbaycanlı investorların istiqrazlara marağı əhəmiyyətli dərəcədə artıb. 10 il əvvəl bu sahə yeni idi, amma indi həm investorlar, həm də şirkətlər istiqrazlar haqqında daha çox məlumatlıdırlar və onlara daha çox etibar edirlər.
Bunu da qeyd edim ki, Azərbaycanlı investorlar riskləri daim düşünüb, nəzərdən keçirərək yatırım etməyə çalışırlar.
– “Yaşıl” istiqrazların sosial tərəfləri də var. Yəni, yatırım edərkən həm qazanır, həm də təbiətin qorunmasına dəstək oluruq. Məsələn, mən həm qazanıram, həm də bilirəm ki, hansısa bir günəş enerjisi paneli və ya külək enerjisi istehsal edəcək pərin tikintisinə 5 manat, 10 manat kömək edirəm. Bununla da, sosial məsuliyyət borcumuzu yerinə yetirmiş oluruq. Siz bu barədə nə düşünürsünüz?
– Hər birimizin təbiətə və gələcək nəsillərə qarşı məsuliyyəti var. Mənim üçün əsas olan gəlirdən çox, gələcək nəsillərə təmiz bir dünya buraxmaqdır. SOCAR-ın bu təşəbbüsü həm investorlar, həm də təbiət üçün faydalıdır.
Mən şəxsən belə layihələrə yatırım etməyi vacib hesab edirəm. Məsələn, Avropada “yaşıl” investisiyalar yüksək mənfəətdən çox, ekoloji təsirə fokuslanır. SOCAR-ın bu təşəbbüsü də eyni məqsədə xidmət edir.
– Sonda bir daha xatırladaq, “yaşıl” təyinatlı istiqrazların əsas şərtləri nədir və haradan əldə etmək olar?
– İllik 6% gəlir qazandıran istiqrazların kupon ödənişləri hər 3 aydan bir həyata keçirilir. İstiqrazların müddəti 5 ildir və nominal dəyəri 1000 dollardır. Abunə yazılışının son tarixi 28 fevral, istiqrazların yerləşdirilməsi isə 7 mart tarixində baş tutacaq.
Bu istiqrazları qeydiyyatdan keçmiş bütün investisiya şirkətlərindən, 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, ABB, Birbank, Bank Respublika və PAŞA Kapital İnvestisiya Şirkətinin tətbiqlərindən əldə etmək mümkündür.
Buna baxmayaraq, abunə yazılışına mümkün qədər erkən qoşulmaq daha sərfəlidir, çünki tələbat yüksəkdir və istiqrazlar qısa müddətdə satıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
23 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















