257 hotelə ulduz sertifikatı verilib
2024-cü il ərzində görülən işlər haqqında məlumat vermək və gələcək fəaliyyət planını müzakirə etmək məqsədilə Azərbaycan Hotel Assosiasiyasının (AHA) 6-cı Baş Assambleyası keçirilib.
Marja.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, hotelçilik sənayesinin təmsilçiləri və digər turizm assosiasiyalarının rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə qurum tərəfindən turizmin inkişafı üçün çoxistiqamətli işlərin həyata keçirildiyini, hotellərin təklif etdiyi xidmət səviyyəsi və qiymət siyasətinin turizm sənayesinin inkişafında mühüm rol oynadığını qeyd edib. Kənan Quluzadə, həmçinin Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərdə keçirilən Milli Ulduz Təsnifatının xüsusi əhəmiyyət daşıdığını və prosesin regionlarda da davam etdiriləcəyini bildirib.
Sədr müşaviri diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən hotellərdə ulduzlaşma prosesi davam etdirilir və ölkə üzrə əksəriyyəti Bakı və Abşeronda yerləşməklə 257 hotelə ulduz sertifikatı verilib.
Regionlar üzrə monitorinqlərin başlanacağını qeyd edən Kənan Quluzadə ilkin mərhələdə Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində monitorinqlərin aparılacağını, təxminən 160-dan çox yerləşmə müəssisəsi üzrə monitorinqlərin keçiriləcəyini əlavə edib.
Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmid AHA ilə əməkdaşlığının strateji əhəmiyyət daşıdığını, qarşılıqlı görüşlərə və sənaye təmsilçilərinin təkliflərini dəyərləndirməyə daim hazır olduqlarını vurğulayıb. Florian Zenqstşmid Azərbaycan Turizm Bürosunun destinasiya marketinqi istiqamətində planlaşdırdığı işlərdən bəhs edib, həmçinin hotellərin dayanıqlılıq proqramlarını tətbiq etməsinin vacibliyini qeyd edib.
Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov COP29 tədbiri zamanı sənaye təmsilçilərinin yüksək səviyyədə fəaliyyətini xüsusi qeyd edərək iştirakçılara təşəkkürünü bildirib. O, işğaldan azad edilmiş ərazilərdə turizm infrastrukturunun inkişafı, yeni hotellərin fəaliyyətə başlamasının qonaqpərvərlik sənayesi üçün yeni imkanlar yaradacağını vurğulayıb.
AHA-nın Baş icraçı direktoru Günay Sağlam Assosiasiyanın 2024-cü il ərzində əldə etdiyi nailiyyətləri, həmçinin 2025-ci il üçün fəaliyyət planını əks etdirən təqdimatla çıxış edib.
Günay Sağlam COP29-a hazırlıq çərçivəsində təşkil edilən hotelçilik təlimlərinin uğurlu nəticələrini paylaşıb və 2025-ci il üzrə fəaliyyət planının prioritetlərinin lobbiçilik fəaliyyəti, insan kapitalına dəstək, destinasiya marketinqi, dayanıqılılıq təşəbbüsləri və Milli Ulduz Təsnifatının davamlı tətbiqi kimi istiqamətləri əhatə edəcəyini əlavə edib.
Tədbir zamanı həmçinin Avropa Hotellər, Restoranlar və Kafelər Birliyinin (HOTREC) Baş direktoru Marie Audrenin, Avropa Ulduz Təsnifatı Birliyinin prezidenti Markus Luthenin və “HOTREC – Hospitality Europe” təşkilatının eks-vitse-prezidenti, Macarıstan Hotel və Restoranlar Assosiasiyasının eks-prezidenti Akos Niklainin AHA ilə uğurlu əməkdaşlıqla bağlı təəssüratları əhatə edən videomüraciətləri dinlənilib.
Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə “İlin ən yaxşısı” seçilən hotellər mükafatlandırılıb.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
40 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
1 saat əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
1 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Rəsmi məzənnələr açıqlandı
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
Ən çox oxunanlar
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb























