PAŞA Holding-in dəstəyi ilə "Woman Bazaar 4 – Dayanıqlı İnkişaf Festivalı" başa çatdı!
Ümumilikdə, festival boyunca 60 qadın sahibkara öz məhsullarını geniş auditoriyaya təqdim etmək imkanı yaradılıb və qadınların iqtisadi azadlığını gücləndirməyə töhfə verilib.(®) PAŞA Holding-in dəstəyi ilə 1-2 mart tarixlərində Passage 1901-də keçirilən “Woman Bazaar 4 – Dayanıqlı İnkişaf Festivalı” 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuşdur. Festival, həssas qruplardan olan qadınların sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək və iqtisadi müstəqilliklərini gücləndirmək məqsədini daşıyırdı.
Bu il festivaldan əvvəl fevral ayı boyunca 60 qadın üçün təlimlər və mentorluq proqramları təşkil olundu. Festivalın iki günü ərzində isə qadınlar öz brendlərini təqdim edərək məhsullarını satmaq imkanı əldə etdilər. Bununla yanaşı, müxtəlif guşələr, ustad dərsləri, panel müzakirələri və musiqi proqramları da festival iştirakçıları üçün təşkil olundu.
Festival 1 mart tarixində rəsmi açılış nitqləri ilə başladı. Açılışda Gender Hub Azerbaijan-ın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Böyük Britanyanın Azərbaycandakı Səfiri Fergus Auld, KOBİA İdarə Heyəti sədrinin müavini və “Woman Bazaar” layihə rəhbəri Günay Adıgözəlova çıxış etdilər.
Açılış nitqlərindən sonra Unibox Sosial Biznes Layihəsi təqdim edildi və festival iştirakçısı olan qadın sahibkarlara sertifikatlar təqdim olundu. Gün ərzində “Qadınlar Qadınlar üçün” və “Qadınlar Biznesdə” mövzusunda çıxışlar baş tutdu, eləcə də Aynabənd musiqi qrupu, Nərmin Abdul və Könül Manel kimi ifaçıların musiqi performansları festival iştirakçılarına təqdim olundu.
Axşam saatlarında "Ailə və Sahibkarlıq: Qadın Sahibkarlar Üçün Balansı Necə Qurmaq Olar?" mövzusunda panel müzakirəsi təşkil olundu. Paneldə Nigar Sultanova, Pərvanə Bayramova, Jalə Hacıyeva və Samirə Qasımova kimi ekspertlər qadın sahibkarların üzləşdiyi çətinliklər və mövcud dəstək mexanizmləri barədə fikirlərini bölüşdülər.
2 mart - festivalın ikinci günü Şəhla Babayeva, Reyhanə Hacıyeva, Ulduzə Xəlilova kimi qadın sahibkarların çıxışları ilə davam etdi. Gün ərzində Cavidan Fatehi, Ayselin rəqs qrupu və Tural Turan qardaşları festival iştirakçılarına musiqi proqramları ilə unudulmaz anlar yaşatdı.
Ümumilikdə, festival boyunca 60 qadın sahibkara öz məhsullarını geniş auditoriyaya təqdim etmək imkanı yaradıldı və qadınların iqtisadi azadlığını gücləndirməyə töhfə verildi.
Qeyd edək ki, qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, Women Bazaar layihələri daxildir. Qeyd edək ki, ötən il PAŞA Holding Azərbaycanın voleybol üzrə milli yığma komandasını da dəstəkləmişdi.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
11 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
11 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib




















