55 minə yaxın müraciətdən 3 faizi şikayət olub
2025-ci ilin fevral ayı ərzində ümumilikdə vergi orqanlarına 54 min 648 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,5 faiz çoxdur.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, daxil olmuş müraciətlərdən 96,9 faizi ərizə, 3 faizi şikayət, 0,1 faizi təklif olub.
Daxil olmuş müraciətlərdən 78,4 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 21,6 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 61 faizi barədə müvafiq izahat verilib, 38,2 faizi həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 160 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozit hesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə şəhid ailələri və müharibə iştirakçılarından vergi orqanlarına 37 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 62,2 faizinin baxılması fevral ayı ərzində başa çatdırılıb, 37,8 faizi hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 65,2 faizi barədə müvafiq izahat verilib, 34,8 faizi həll olunub.
2025-ci ilin yanvar ayında Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 72 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
Vergi ödəyicilərinə xidmət mərkəzlərində 112 mindən çox şəxs qəbul edilib
2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 112 min 754 şəxs qəbul edilib, onlara 178 min 542 sayda xidmət göstərilib ki, bunun 59,2 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 42,6 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,9 fazini təşkil edib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
Asan İmza sertifikatlarının verilməsi;
Fiziki şəxsin uçotdan çıxarılması;
Vergi ödəyicisinə arayışların verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 6,1 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildirişlər (məktublar) göndərilib. Dövr ərzində 892 vergi ödəyicisinin iştirakı ilə 67 görüş keçirilib, 886 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 414 mindən çox SMS göndərilib.
Yanvar-fevral ayları ərzində ümumilikdə 58 min 238 müraciət üzrə 85 min 730 Asan İmza sertifikatı verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
17 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
18 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
18 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
18 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
















.jpg)




