“Bank Melli İran” Bakı filialı ABA-nı 35-ci ildönümü münasibətilə təbrik edir
Bu il Azərbaycan Banklar Assosiyasiyası (ABA) öz fəaliyyətinin artıq 35 illiyini qeyd edir.
Bu müddət ərzində ABA tərəfindən əldə olunmuş yüksək nailiyyətlər onun rəhbərliyinin və bütün əməkdaşlarının peşəkar və səriştəli olmaları ilə yanaşı həddən ziyadə fədakarlıqlarının nəticəsidir.
Miqyasından asılı olmayaraq ABA tərəfindən təşkil olunan və ildən ilə artan coxsaylı tədbirlər, beynəlxalq forumlar və təcrübə mübadiləsi çərçivəsində xarici ölkələrə səfərlər Azərbaycan bank sektorunun inkişafı və beynəlxalq aləmdə tanınması üçün böyük faydasının olması danılmazdır.
Azərbaycan banklarının hər zaman birgə mövqedən çıxış etməsi, Azərbaycan Respublikası Mərkəzi Bankının tənzimləyici tələblərinə cavab verməsi və vahid standartlara uyğun olması üçün ABA-nın təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan bank sektorunun üzvü olan və otuz ildən artıq fəaliyyət göstərən “Bank Melli İran” Bakı filialı ABA-nın rəhbərliyini və bütün heyəti 35-ci ildönümü münasibəti ilə təbrik edir. Gələcək fəaliyyətində böyük uğurlara, yeni nailiyyətlərə və yüksək nəticələrə çatmasını arzu edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
3 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
3 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
4 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
6 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























